Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir

Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir

Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir
2020-10-12 , 07:42

Avstraliyanın Xəstəliklərlə Mübarizəyə Hazırlıq Mərkəzinin alimləri koronavirusun smartfonlarda və əskinaslarda nə qədər qala biləcəyini müəyyənləşdiriblər.

Tədqiqatın nəticələri “Virology Journal”da dərc edilib.
Tədqiqat göstərib ki, virusun otaq şəraitində "yaşamaq qabiliyyəti" bir ay ərzində mövcud olur. Mütəxəssislər virusun qaldığı yerlər olaraq şüşə və banknotlar kimi məsaməsiz səthləri, həmçinin "paslanmayan" predmetləri müəyyənləşdiriblər.
Virus bu predmetlərin səthində 20 dərəcə temperaturda 28 gün qala bilər. SARS-CoV-2 30 dərəcədə üç həftə yaşayır, amma 40 dərəcədə bir neçə gün ərzində məhv olur.
Alimlərin fikrincə, smartfonlar bu məsələdə daha təhlükəlidir, çünki insanlar onları əllərindən əhəmiyyətli dərəcədə dezinfeksiya edirlər.
Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu ötüb, 1 milyondan çox insan təhlükəli infeksiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.