Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Qrip əleyhinə peyvənd niyə vacibdir? - Açıqlandı - VİDEO

Qrip əleyhinə peyvənd niyə vacibdir? - Açıqlandı - VİDEO

Qrip əleyhinə peyvənd niyə vacibdir? - Açıqlandı - VİDEO
2020-10-14 , 07:27

Son günlər koronavirusa yoluxmada müşahidə olunan artım mütəxəssisləri də narahat edir.

 
Payız-qış mövsümünün gəlişi COVİD-19-la bağlı vəziyyəti bir az da gərginləşdirə bilər.
 
Bu səbəbdən Azərbaycanda qrip əleyhinə peyvənd mövsümü başlayıb. Mütəxəssislər hər kəsin bu dövrdə peyvənd olunmasının vacibliyindən söz açıb:
 
Millət vəkili Soltan Məmmədov qrip əleyhinə peyvəndin dövlət proqramı ilə həyata keçirildiyini bildirib: “Hər 5 ildən bir dövlət proqramı ilə təsdiq olunan tədbirlər proqramı çərçivəsində bu gün 11 xəstəliyə qarşı mübarizə həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qeydiyyata alınmış peyvəndlər var. Bu gün də həmin peyvəndlərin vurulması Azərbaycanda 11 xəstəliklə mübarizədə istifadə edilən təcrübədir”.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov isə vaksinasiya prosesinin bütün dünyada həyata keçirildiyini deyib: “Qarşıda bizi soyuq fəsil gözləyir. Bu mövsümə respirator xəstəliklər, hava-damcı yolu ilə olan xəstəliklər çoxalır. Bu, ilk növbədə qrip xəstəliyidir. Ona görə də vaksinasiya hazırkı durumda aktuallaşır. Əgər COVİD-19 xəstəliyi ilə birlikdə qripə rastlanarsa, bu çox ağır hallara gətirib çıxara bilər. Ona görə də hazırda dünyada qrip əleyhinə peyvənd işləri sürətləndirilir. Demək olar ki, dünyanın bütün ölkələri bu gün belə tədbirlər görür. Əslində qrip əleyhinə vaksinasiya COVİD-19 əleyhinə də mübarizənin bir üsuludur. Əvvəlki illərdə qrip əleyhinə peyvənd prosesi olsa da, bu şəkildə ciddi olmayıb. Biz koronavirusun çətinlik yaratdığı dönəmdə yaşayırıq. Biz bu payız-qış aylarında müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda COVİD-19 əleyhinə vaksinlər bizə çox kömək edəcək”.
 
Pediatr Əli Quliyev xüsusi şəkildə peyvəndə ehtiyacı olanları açıqlayıb: “Qripin bir neçə növü vardır. Onlardan yalnız biri epidemiyaya və pandemiyaya səbəb olur. Bu qrip A-dır. Daha çox quşlarda, donuzlarda və insanlarda görülür. Onu qripə bağlı epidemiya olaraq görürürk. Xüsusi qruplar var ki, onlar xüsusi şəkildə peyvənd olmalıdırlar. Bunlar 65 yaşlı insanlar və 5 yaşdan kiçik uşaqlardır. Çünki bu təbəqə virusu çox ağır şəkildə keçirə bilər. Ürək qüsuru, şəkərli diabet, təzyiq və digər xəstəliyi olan uşaqlara da ayrıca diqqət yetirilməli və mütləq peyvənd edilməlidir ”.
 
TƏBİB-in mütəxəssisi Nəzrin Mustafayeva bu gün COVİD-19-la mübarizədə vaksinin önəmindən danışıb: “Biz bu xəstəliyi qrip olaraq adlandırırq, lakin o, törədicisi infulensiya xəstəliyidir. Lakin şansımız ona görə var ki, bunun əleyhinə vaksin var. Ona görə də hər kəs peyvənd olunmalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.