Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Balığın sağlamlıq üçün faydası

Balığın sağlamlıq üçün faydası

Balığın sağlamlıq üçün faydası
2020-10-21 , 11:19

Qırmızı ətlə müqayisədə balıq daha sağlam protein qaynağıdır. Bunun səbəbi balıq yağında olan omeqa-3 yağ turşularıdır. Omega-3 bədənimizin həqiqətən ehtiyac duyduğu "yaxşı" və ya sağlam yağlarıdır.

Balığın faydası barədə məlumat veririk.
Balıq zəruri qida maddələri ilə təmin edir. Balıq, D vitamininin ən yaxşı qida mənbələrindən biridir, kalsiumun həll edilməsi və sağlam immun sistemi üçün lazımlı qidadır. Bədənimizin metabolizminə nəzarət edən hormonların istehsal edilməsi üçün lazım olan mineral - yod ilə də zəngindir. Xüsusilə yağlı balıqlarda omeqa-3 də çoxdur.
Daha sağlam protein mənbəyidir. Balıq əla protein mənbəyidir. Lakin heyvan ətinin növlərindən fərqli olaraq, balıqda çoxlu doymuş yağ yoxdur.
Depressiya riskini və simptomlarını azaldır. Balıq zehni sağlamlıq üçün də faydalıdır. Bir neçə tədqiqat göstərdi ki, omeqa-3 depressiya əlamətlərini yaxşılaşdıra bilər. Bundan əlavə, müntəzəm balığın qəbulu ilk növbədə depressiya riskini azaltmağa kömək edir.
Autoimmun xəstəliklərdən qoruyur. Balıq, xüsusilə yağlı balığın qəbulu, autoimmun xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Ekspertlər hesab edirlər ki, bu müdafiə effekti balıq və balıq yağında omeqa-3 və D vitamini ilə əlaqələndirilir.
Ürəyin sağlamlığını artırır. Balıqda omeqa-3 ürəyi iltihabdan qorumağa kömək edir. Bu sağlam yağlar yüksək xolesterin və yüksək qan təzyiqini azaltmaq üçün çox yararlıdır. Bu faydalar birlikdə ürək sağlamlığının yaxşılaşdırılmasına kömək edir. (“MedikForum”)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.