Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Parlamentin daha bir deputatı koronavirusa yoluxdu

Parlamentin daha bir deputatı koronavirusa yoluxdu

Parlamentin daha bir deputatı koronavirusa yoluxdu
2020-11-22 , 13:57

Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var. 


Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub.

O, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində yaxından iştirak edirdi. 

Deputat məlumatı Oxu.Az-a təsdiq edib. O bildirib ki, koronavirus testinin nəticəsi müsbət çıxıb:

"Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir. Əminəm ki, bu sınaqdan da üzüağ çıxacağam. Hər kəs özünü qorusun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.


Xatırladaq ki, son günlər mediada Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.