Yenilik.Az
www.YENILIK.Az » Sağlamlıq » "Çin restoranlarına getməyin" - Nazirlikdən XƏBƏRDARLIQ

"Çin restoranlarına getməyin" - Nazirlikdən XƏBƏRDARLIQ

"Çin restoranlarına getməyin" - Nazirlikdən XƏBƏRDARLIQ
2020-01-28 , 17:30

“Çin restoranlarına getməyi hələ ki, dayandırmaq lazımdır. İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.