Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Müharibə vaxtı COVİD-19-a yoluxmuş hamilələrin SAYI – AZƏRBAYCANDA

Müharibə vaxtı COVİD-19-a yoluxmuş hamilələrin SAYI – AZƏRBAYCANDA

Müharibə vaxtı COVİD-19-a yoluxmuş hamilələrin SAYI – AZƏRBAYCANDA
2020-12-29 , 14:00

Müharibə və ya terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuyur.

İnsan həyatı qəsdən hədəf alındıqda və ya birbaşa və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdıllması və ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarının gedişində insan həyatına “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüququ mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistem, mətbuat azadlığı və söz azadlığı tam şəkildə yox olmadığı halda belə, dövlət tərəfindən və ya “düşmən” dövlət tərəfindən məhdudlaşdırılır. Sülh zamanı zəif müdaifə mövcud olsa belə, uşaqların, qadınların, azlıq qruplarının və qaçqınların hüquqları müharibə dövründə daha da kasadlaşır. Müasir münaqişələrdə qadın olmaq əsgər olmaqdan daha qorxuldur.
BMT-nin Qadınlar Təşkilatı hesab edir ki, müasir münaqişələrdə itkilərin əksəriyyəti, 90% – dən çoxu qadın və uşaqlar olan mülki şəxslərdir. Terrorizm hər kəsin istifadə etməyə hazır olduğu terminlərdən biridir, lakin heç kim dəqiq bir təriflə razılaşmır. Hətta ekspertlər terminin necə tətbiq olunması barədə mübahisə etməyə davam edirlər və terrorizm anlayışının heç biri ümumi qəbul edilməyən 100-dən çox müxtəlif tərifi olduğu deyilir. 2011-ci ildə Nobel Sülh Mükafatı Ellen Johnson Sirleaf, Leymah Gbowee və Tawakkul Karmana “qadınların təhlükəsizliyi və qadınların hüquqları və onların sülh quruculuğu işində tam iştirak etməsi uğrunda apardıqları zorakı olmayan mübarizəyə görə” birgə verilmişdir.
SSRİ-nin süqutundan sonra terrora ən çox məruz qalan respublikalardan biri məhz Azərbaycandır. Erməni terror təşkilatlarının bir-birinin ardınca törətdikləri terror aktları zamanı uşaqdan tutmuş ahıl insanlara, hamilə qadınlara qədər xeyli sayda soydaşımız erməni terrorunun qurbanına çevrilmişdi Müharibələr və silahlı qarşıdurmalar bu bölgələrdə yaşayan bütün insanların fiziki və pisxi sağlamlığı, ictimai həyat və ətraf mühitin mühafizəsi üçün dağıdıcı nəticələrə səbəb olur. Müharibələr səhiyyə infrastrukturunu məhv edir, on illərlə davam edən səhiyyə nailiyyətlərinə zərbə vurur və səhiyyə sistemlərinin hərbi əməliyyatlar birbaşa və dolayısı olaraq səhiyyənin təsirlərə cavab vermə qabiliyyətini ciddi şəkildə sarsıdır. Silahlı qarşıdurma nəticəsində milyonlarla insan məcburi köçkün və ya didərgin düşmüşdür. Məcburi köç, tranzit zamanı, məcburi düşərgələrdə və ev sahibi ölkələrdə sağlamlıq hüququ məhdud olduğu üçün əlavə fiziki və zehni sağlamlıq problemləri yaradır.
Gələcək nəsillər üçün fəlakətli nəticələr davam edə bilər. Bir sözlə, müharibə insan tərəfindən yaradılan ictimai səhiyy problemidir. Hər bir səhiyyə infrastrukturuna dəyən zərbənin dərəcəsi, hər bir ölkədəki silahlı qarşıdurmanın şiddətindən asılı olaraq dəyişəcəkdir. Müharibənin getdiyi bölgələrdə koronovirus infeksiyası daha da öldürücü zərbə vurur, həkimlər hər iki cəbhə arasında parçalanmalı olurlar. COVID-19 pandemiyası bəşəriyyətin həyatını böyük təhlükələr qarşısında qoyur. Pandemiya dövründə müharibənin də yaşanması əhalinin sağlamlığına, psixi-emosional vəziyyətinə təsir göstərən bir çox ağır vəziyyətlərin yaranmasına səbəb olur:
1) həyat üçün bənzəri olmayan təhlükə yaranır;
2)geniş miqyaslı karantin tədbirləri ilə yanaşı hərbi vəziyyət insanların həyat tərzini də məhdudlaşdırır;
3) bir tərəfdən vorusun inkubasion dövrünün, digər tərəfən müharibənin davametmə müddəti haqqında tam informasiyanın olmaması;
4)tibbi vasitələrin çatışmaması qorxusu;
5)zidiyyətli informasiya ilə zəngin davamsız informasiya mühtinin yaranması;
6) COVİD-19-un təsiri nəticəsində zəifləmiş iqtisadi vəziyyətin müharibə nəticəsində daha da ağırlaşması. Bütün dünyada viruslu pnevmoniya ölümün əsas səbəblərindən biri hesab edilir. Hamiləlik zamanı funksional qalıq həcmi, diafraqmanın artması və tənəffüs yoallarının selikli qişasının pdemi kimi fizoloji dəyişikliklər viruslu infeksiyalar qarşı orqanzim daha da həsas edir. Lakin hazırda COVİD-19 olan hamilə qadınların tədqiqinə həsr edilmiş çox az işlər vardır. Göstərilmişdir ki, COVİD-19- un hamil qadınlarda gedişatı hamilə olmayan qadınlardan çox fərqlənmir. Bununla yanaşı SARS-CoV-2-in hamilə qadınalrdan uşaqlara şaquli ötürülməsi haqqında da göstəricilər yoxdur.
Tədqiqatın məqsədi. Azərbaycan Respublikası ərazisində gedən 44 günlük Vətən müharibəsi zamanı COVİD-19 pandemiyasında virus yoluxmuş hamilə qadınların hamiləliklərinin sonluqlarının təhlil edilməsidir.  Gəncə Regional Perinatal Mərkəzi, Klinik Tibbi mərkəzin məlumatına əsasən, 11 hamilə qadın virusa yoluxub. Onlarda COVİD-19-a yoluxma 16, 20,24, 28, 35, 36, 37, 38 həfətəlik hamiləliklər zamanı baş verib. 4 hamilə qadın xəstəxanada yatıb, 2 nəfər kesar olub, 1 nəfərdə doğuş olub. Digərləri isə covid üzrə müalicə alıb çıxıblar. Bu günə qədər Gəncə regional xəstəxanasında 24 COVİD-li hamilə olub, onlardan 5 Gəncədən, digərləri kənar rauonlardan gəlib. Ümumilikdə 4 doğuş olub, 4 kesar olub. 3 hamilə qadının vəziyyəti ağırlaşdığı üçün Qanın saturasiya səviyyəsi və qanda CRP səviyyəsi nəzərə alınaraq, klinik tibbi mərkəzi göndərilib. Bu üç nəfərdən 2-si Mingəçevidrən olub. Güncədə bu 44 gün ərzində COVİD olmayan 10 nəfər vaxtından əvvəl doğuş olub. Bir nəfər 28-33 həftə, o biriləri 33-34 həftəsi arası vaxtından əvvəl doğanlardır. Ümumi daxil olan (aprel-noyabr) 24 qadından 11 nəfəri 44 hünlük müharibə dövründə daxil olmuşdur, bu da 45,8%-i təşkil etmişdir. Bu qadınlardan 7 nəfərdə (63,6%) vaxtından əvvəl doğuş olmuşdur. Vaxtından əvvəl doğuş istər müharibə dövründə, istərsə də ümumi daxil olan xəstələr arasında məhz müharidə dövüründə müddət ərzində üstnülük təşkil etmişdir Klinik tibbi mərkəzin doğuş şöbəsinə 44 günlük müşahirə dövründə COVİD19-a yoluxna 47 hamilə qadın daxil olmuşdur. Ümumi 47 hamilə daxil edilmişdir. 24 hamilə müvafiq müalicə alaraq, hamiləliyi davan etdirilmək üçün əlverişli şərait yaradılmış və evə buraxılmışdır. Qalan 23 hamilə doğuşdan sonra uşaq və özü qənaətbəxş şəkildə evə göndərilmişdir. 23 hamilədən 13 nəfərdə hamiləlik 38-40 hədtələrində başa çataraq fizioloji doğuşlar olmuşdur. Digər 11 nəfərdə hamiləlik 23-37-ci həftələrdə sona yetmişdir. 3 nəfərdə keysəriyyə kəsiyi ilə doğuş aparılmışdır. Doğuş baş verən 23 hamilədən 11 nəfərdə, 47,8%-də vaxtından əvvəl doğuş baş vermişdir. 1 saylı klinik tibbi mərkəzə İyuldan noybara qədər cəmi 112 hamilə qadın daxil olmuşdur. Bunlardan iyulda vaxtından əvvəl doğuş 4 nəfərdə, 10 vaxtında doğuş. Avqust 7 vaxtında doğuş olub (vaxtından əvvəl olmayıb). Sentyabrda 6 vaxtından doğuş (vaxtından əvvəl olmayıb). Oktyabrda 2 vaxtından əvvəl doğuş, 8 vaxtında doəuş olub. Noyabr 6 hamilə vaxtından əvvəl doğuş, 42 hamiləlik vaxtından doğuş. Bu qadınların böyük əksəiyyəti keysəriyyə kəsiyi əməliyyatl olunmuşdur. 112 hamilədən 78 nəfərdə bu və ya digər şəkildə hamiləlik olmuşdur. Digərləri isə 34 xəstədə hamiləlik düşüyü baş vermişdir. Onlar müalicə alıb, evə buraxılmışlar.
Müharibəbib getdiyi oktyabr – noyabr aylarında 8 doğuş vaxtından əvvəl baş vermişdir. 50 hamiləlik vaxtınadn doğuş ilə başa çatmışdır. Lakin bu doğuşlar zamanl müxtəlif ağırlaşmalar baş verdiyi üçün keysəriyyə kəsiyi ilə sona yetmişdir. İyul, avqust, sentyab aylarında isə hələ 44 günlük müharibəbi başlamadığı dövrlərdə cəmi 10 vaxtəndan əvvəl doğuş olmuşdur. 112 hamilədən 58 nəfəri məhz müharibə dövründə COVİD-19 virusu ilə şöbəhə daxil olmuşdur. Bu da 6 ayda daxil olanalrın 51,78%-ni təşkil etmişdirş yəni iki ayda daxil olan COVİD-19- a yoluxmuş xəstələrin sayı 6 ayda daxil olan xəstələrin 51,78%-ni təşkil etmişdir. Ümumilikdə 6 ayda 12 vaxtından əvvəl doğuş olmuşdur. Bunların da 8 məfəri, yəni 66,7%-n i təşkil etmişdir. Ümumilikdə 44 günlük müharibə əzrində COVİD-19-a yoluxmuş 116 hamilə qadın daxil olmuşdur. Bu qadınlarda vaxtından əvvəl doğuşlar üstünlük təşkil etmişdir.
Təhməzi Xəyalə / Tibb üzrə fəlsəfə doktoru, dosent, cərrah mama-ginekoloq

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.