Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Ana bətnində olarkən körpə virusa yoluxa bilərmi? - HƏKİM RƏYİ

Ana bətnində olarkən körpə virusa yoluxa bilərmi? - HƏKİM RƏYİ

Ana bətnində olarkən körpə virusa yoluxa bilərmi? - HƏKİM RƏYİ
2021-02-23 , 17:13

“Həmişə sual olub ki, ana bətnində olarkən uşaq virusa yoluxa bilərmi və qadın xəstələnib sağalarsa, doğulacaq uşağa anticisimləri ötürə bilərmi? Bu haqda kifayət qədər tədqiqatlar aparılıb, nəzəriyyələr irəli sürülsə də metodik hissəsi ciddi təşkil edilən tədqiqatlar yaxın keçmişə qədər yox idi. İlk suala cavab verəcək tədqiqat artıq mövcuddur”.


Yenisabah.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, 100 yeni doğulmuş körpə və onların anaları tədqiqata daxil edilib:
“Bunlardan yalnız ikisində çox az miqdarda virus yükü tapılıb və ikinci testdə də artıq nəticələri neqativ olub. Buna görə də elmi olaraq deyə bilərik ki, ana hamilə vaxtı COVID-19 olarsa yeni doğulacaq uşağa virusun ötürməsi ehtimalı çox aşağıdır.
Digər sual isə çox maraqlıdır. Bəs anada xəstəlikdən sağaldıqdan sonra qazandığı anticisimlərdə vəziyyət nə yerdədir? Burada ən yeni elmi tədqiqat keçən həftə elmi ədəbiyyata daxil edilib. Təsdiq olunur ki, hamilə qadınlar xəstəlikdən sağaldıqdan sonra qazandıqları anticisimləri, yəni SARS-CoV-2-ə qarşı immunitetin müəyyən formasını yeni doğulmuş körpəyə ötürür. Bunu göbək ciyəsindən götürülən qanla bir daha sübut edirlər”.
“Tədqiqatda 1 500 hamilə qadın iştirak edib, bunlardan 83-də virus aşkarlanıb ki, onlardan da 72-i yeni doğulmuş körpəyə anticisim ötürüb. Bu da bizə hamilə qadınların böyük əksəriyyətinin immunitetin müəyyən formasını yeni doğulmuşa ötürdüyünü deməyə əsas verir”, - deyə N.Abdullayev qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.