Yenilik.Az
www.YENILIK.Az » Sağlamlıq » Qanunsuz fəaliyyət göstərən mikroavtobuslar - BNA “Bizlik deyil” deyir

Qanunsuz fəaliyyət göstərən mikroavtobuslar - BNA “Bizlik deyil” deyir

Qanunsuz fəaliyyət göstərən mikroavtobuslar - BNA “Bizlik deyil” deyir
2020-02-02 , 16:40

"Yeni Sabah" xəbər verir ki, uzun müddətdir Xətai rayonu, Gəncə prospektində köhnə və istifadəyə yararsız mikroavtobuslar qanunsuz sərnişindaşıma ilə məşğuldurlar. BNA-nın yerləşdirdiyi avtobus dayanacağından 10-15 metr qabaqda dayanan mikroavtobuslar yolun sağ zolağını zəbt edirlər. Hətta yanvarın 31-də bu səbəbdən sərnişin avtobusunun iştirakı ilə qəza da baş verib. Səhər saatlarında dayanacağa yaxınlaşan 104 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qarşısı kəsildiyi üçün sol zolağa çıxmağa məcbur olub, bu zaman onun arxasıyca gələn yük maşını da zolağını dəyişib.

Nəhayət ən sol zolaqda hərəkət edən “Hyundai” markalı avtomobil yük maşınına çırpılıb. Bu zaman ardıcıllığa uyğun olaraq yük maşını avtobusa, avtobus isə yolun kənarındakı piyada xətti üzərində dayanan mikroavtobusla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi zərər dəyib. “Hyundai” markalı avtomobilin sürücüsü isə hadisə yerindən uzaqlaşıb. Hazırda Xətai RPİ-də hadisə ilə bağlı araşdırma aparılır.

Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, həmin mikroavtobuslar bir neçə ildir ki, bu qaydada sərnişindaşıma ilə məşğul olurlar. Onlar 30 qəpik yolpulu qarşılığında Əhmədli qəsəbəsinə sərnişin daşıyırlar.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında təsdiqləyib ki, həmin mikroavtobuslar qanunsuz fəaliyyət göstərir: “Mikroavtobusların oradan yığışdırılması bizim səlahiyyətimizdə deyil. Həmin mikroavtobuslar agentlik əməkdaşları tərəfindən dəfələrlər dayanma-durma qaydalarını pozduğu üçün cərimələniblər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.