Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Sınıqçı, yoxsa həkim? - VİDEO

Sınıqçı, yoxsa həkim? - VİDEO

Sınıqçı, yoxsa həkim? - VİDEO
2021-04-12 , 08:47

Bədbəxt hadisələr zamanı bədənində sınıq, çıxıq, qırıq və ya əzik olan vətəndaşlar həkimə, yoxsa özlərini sınıqçı kimi təqdim edənlərə müraciət etməlidir?


Apardığımız sorğu zamanı müəyyən oldu ki, insanların fikiri birmənalı deyil.
Yenilik.az xezerxeber-ə istinadən bildirir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya bölməsinin elmi rəhbəri Qələndər Canbaxışov bildirib ki, istənilən travma almış insan birinci növbədə həkimə müraciət etməlidir. Xəstə mütləq rentgenoqrafiya olunmalıdır. Yəni travma alanın el arasında sınıqçı kimi tanınan şəxslərə müraciəti düzgün deyil. Həmin şəxslər heç bir halda rentgenoqrafiya olunmayan bir insana diaqnoz qoya bilməzlər.
Qələndər Canbaxışov bildirib ki, hətta bəzi hallarda sınıqçının səhv müdaxiləsi qırılan qolun və ya ayağın amputasiyası ilə nəticələnə bilər.
Uzun illərdir ki, sınıqçı kimi fəaliyyət göstərən Gülzar Həsənova isə deyib ki, bəzən həkimlər səhv diaqnoz qoyurlar. O iddia edir ki, həkimlərin səhvini bir neçə dəfə özü düzəldib.

Bu vəziyyətdə seçim insanların özünə qalır...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.