Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı, 12 nəfər öldü - Foto

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı, 12 nəfər öldü - Foto

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı, 12 nəfər öldü - Foto
2021-05-22 , 18:44

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4 851 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 7 393 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, bu günə qədər isə ümumilikdə 3 446 033 test icra olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.