Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Həkim: Peyvəndlər 8 həftə ərzində ağırlaşma yarada bilər (VİDEO)

Həkim: Peyvəndlər 8 həftə ərzində ağırlaşma yarada bilər (VİDEO)

Həkim: Peyvəndlər 8 həftə ərzində ağırlaşma yarada bilər (VİDEO)
2021-05-23 , 13:34

Koronavirusa qarşı peyvəndlərin insan səhhətində yarada biləcəyi ağırlaşmalar 8 həftəyədək olan müddətdə ortaya çıxır.


Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, peyvənd vurulan şəxslərdə 8 həftədən sonra hansısa ağırlaşma halları ola bilməz:

"Bütün peyvəndlərdə vurulduğu gündən etibarən 8 həftə ərzində ağırlaşma ola bilər. Peyvənd səbəbindən yarana biləcək ağırlaşmalar 8 həftəyədək olan müddətdə ortaya çıxır. Bəziləri deyir ki, peyvənd vurulandan sonra qolunda ağrılar, qızdırma, halsızlıq və s. hallar oldu. Amma 3 gündən sonra bu ağrılar yoxa çıxır. Əgər peyvənddən sonra  8 həftə ərzində hansısa ağırlaşmalar baş verməsə, deməli peyvənd tam etibarlı peyvənddir”.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.