Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
2021-05-23 , 17:24

Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 886 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 211, bu günə qədər isə ümumilikdə 3 45 3244 test icra olunub.

Son gündə koronavirus əleyhinə 25 406 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 332, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 853 593 təşkil edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.