Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Bu bitki təkcə ölümə çarə deyil - ARAŞDIRMA

Bu bitki təkcə ölümə çarə deyil - ARAŞDIRMA

Bu bitki təkcə ölümə çarə deyil - ARAŞDIRMA
2021-06-14 , 07:03

Qarazirə (çörəkotu) tarix boyu tibbdə ən məşhur müalicəvi otlarından biri kimi istifadə olunub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, alimlər müasir texnologiyanın köməyi ilə qarazirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr olduğunu aşkar ediblər. Həmin maddalərə çox qiymətli doymamış yağ turşuları, linolen turşusu, alfa linolen turşusu, bir sıra efirli yağlar, az miqdarda B1, B2, B6 vitaminləri, minerallar (dəmir, kalsium, maqnezium, sink, selen) və amin turşuları da daxildir. Tərkibindəki bu maddələr immun sistemi üçün çox faydalı olmaqla yanaşı, orqanizmin mineral balansını ödəmək qabiliyyətinə malikdir.

Tarixi araşdırmalar göstərir ki, Misir kralı Tutanhamonun məzarında da tapılan qarazirə Kleopatra tərəfindən gözəllik məqsədilə istifadə edilib. Tibb elminin atası sayılan Hipokrat qaraciyər xəstəliklərinin müalicəsində qarazirənin faydalarını açıqlayır.
ABŞ-ın Cənubi Kaliforniya ştatının Xərçəng-İmmun-Biologiya Laboratoriyasının tədqiqatçıları bildirirlər ki, qarazirə xərçəng şişlərinin müalicəsi və inkişafının dayandırılması üçün ideal müalicə üsuludur.
Çətirçiçəklilər fəsiləsinə mənsub olan qarazirənin ölkəmizdə üç növü bitir ki, bunlardan adi zirə (qarazirə) təbabətdə istifadə edilir.
Qarazirədən təbabətdə dəmləmə, poroşoklar, ətirli su və efir yağları hazırlanır və onlardan xroniki mədə-bağırsaq xəstəliklərində - həzm prosesini yaxşılaşdırmaqda, köpmənin qarşısını almaqda, bağırsaq iltihabını aradan qaldırmaqda dərman kimi istifadə edilir. Tərkibində bol miqdarda olan timokinon maddəsi antikarsinogen təsirləri ilə tanınır. Qarazirənin faydalı olduğu sağlamlıq problemləri arasında diabet, xolesterol, sədəf və ekzema, allergiya, Alzheimer əsas yer alır.
200 qram qarazirəni üyüdərək 1 kq bal ilə qarışdırıb, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı ilə yemək ən faydalı üsuldur. Digər üsullardan: gündə 3 dəfə 1 çay qaşığı üyüdülmüş toxum ağıza qoyulur və su ilə içilir. 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağı içmək bədəni qurdlardan təmizləyir.
Qarazirə toxumunun faydalarını saymaqla qurtarmaq olmaz. Qarazirə toxumundan hazırlanan müxtəlif ekstratlar qurdqovucu, bakteriya və göbələk əleyhinə təsir göstərməklə yanaşı südartırıcı təsirə də malikdır.
ABŞ-ın Ohayo ştatının Klivlend şəhər klinikasında 1979-cu ildə tədqiqatçı alim Aşok Aqarval tərəfindən sübut edilmişdir ki, qarazirə yağı südverən anaların südünü artırır. Lakin qarazirədən hamiləlik zamanı istifadə etməyə icazə verilmir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.