Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ
2021-06-14 , 07:11

Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb.

 
Azmedia.Az lent.az-a istinadən xəbər verir ki, virusun əsas simptomları qızdırma və bəlğəmli öskürəkdən ibarətdir.
 
Mövzu ilə bağlı saytımıza açıqlama verən pediatr Məhsəti Əfəndizadə bunu təsdiqləyib. O bildirib ki, hazırda yayılan infeksiya ilə bağlı müraciətlərin sayı çoxdur:
 
"Sözügedən virus yoluxucudur və daha çox 2-12 yaş arası uşaqlarda qeydə alınır. Sağalma müddəti isə dəyişkəndir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha uzun müddətə sağala bilirlər.
 
Valideynlərə məsləhətim bundan ibarətdir ki, qızdırma ancaq 38-i keçərsə, hərarət salıcı dərmanlardan istifadə etmək lazımdır. Bundan başqa, əgər uşağın vəziyyətində stabilləşmə olmazsa, həkimə mütləq müraciət edilməlidir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.