Uşaqlara niyə “Pfizer” vaksini vurulur?

Uşaqlara niyə “Pfizer” vaksini vurulur? Səhiyyə Nazirliyi artıq Bakı Sağlamlıq Mərkəzində uşaqların könüllü xarakterli vaksinasiyasına başlayıb.
 
Pravda.az-ın məlumatına görə, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
 
O, uşaqların “Pfizer” vaksini ilə peyvəndlənməsinin səbəbini açıqlayıb: “Bu yaş qruplarına bu vaksinin vurulması elmi sübutlarla təsdiq olunub. Ona görə də bu tədbir həyata keçirilir”.

Geri qayıt