İnsanı tox saxlayacaq qidalar hansılardır?

İnsanı tox saxlayacaq qidalar hansılardır? Oruc tutan insanı tox saxlayacaq qidalar hansılardır?
Yenilik.az orucluq zamanı üstün tutulan qidaları təqdim edir.
Şorba həm sağlamlıq, həm də tox qalmaq baxımından çox əhəmiyyətlidir. Ramazan ayında xüsusilə, tərəvəz və ya toyuq ilə olan şorbalar daha üstün tutulmalıdır.
Qatığın faydalı və sağlıqlı olması hər kəsə məlumdur. Ona görə də Ramazan ayında tez-tez qatıq istifadə edə bilərsiziniz. Həmçinin, tox qalmağınıza kömək edəcək.
Sahurda üstünlük verilən qidalardan biri də yumurtadır. Tox qalmaq üçün xüsusilə qaynadılmış yumurta hazırlaya bilərsiniz. Sahurda yağlı yeməklərdən az istifadə edildiyi üçün az yağlı qayğanaq da yeyə bilərsiniz.
Tox saxlayan meyvələrdən biri olan banandır. İftardan sonra mütləq banan yeyilməlidir. Ləzzəti ilə bilinsə də, doyuruculuğu da yüksəkdir.
Sahurda yağsız və ya az yağlı yeməklərə üstünlük verilməlidir. Ağır, çox yağlı, qızardılmış məhsullar mədənizi narahat edə bilər.
İftar süfrələrinə isə balıq toyuq, kartof, qızardılmış badımcan, lobya, şorba kimi yeməklər əlavə edilə bilər. Bundan əlavə, qatıq və salat tez-tez istifadə edilməlidir.
Sahurla iftar arasında su qəbulu da balanslaşdırılmalıdır. İftardan sahura qədər müəyyən aralıqlarla su içmək daha sağlıqlıdır.

Geri qayıt