Rentgen müayinəsinə gedərkən diqqətli olun! - Əhaliyə müraciət

Bu isə ciddi pozuntu olmaqla, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Agentlik tərəfindən pozuntular aşkar olunmuş belə müəssisələr barəsində qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkar edildikdə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.
Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında