Uzunömürlü insanların yediyi TƏRƏVƏZ

Sarımsağın faydaları tərkibindəki unikal birləşmələrdədir. Sarımsaq bədəndə yaranan mikroiltihabları məhv edir. Bundan əlavə, tərkibində güclü antibakterial və iltihab əleyhinə təsir göstərən təbii geniş spektrli bitki antibiotik var. Patogen bakteriyaları öldürür və hüceyrə müdafiəsini bərpa etməyə kömək edir.
Həmçinin qan təzyiqini, qan lipid səviyyələrini aşağı sala, qan dövranını yaxşılaşdıra və aterosklerozun qarşısını ala bilər.
Həkim deyir ki, çiy sarımsaq yemək insan orqanizminin qocalmasını ləngidir. Almaniya Tədqiqat İnstitutunun mütəxəssislərinin fikrincə, sarımsağın tərkibində sağlamlıq və uzunömürlülük üçün faydalı olan 400-dən çox maddə var.