Sumqayıt Tibb Mərkəzində ikigünlük körpə üzərində əməliyyat uğurla icra olunub

Cərrahi əməliyyat uzman cərrah Araz Hüseynovun rəhbərliyi, anestezioloq-reanimatoloq Yelmar Süleymanovun iştirakı ilə icra edilib.
Əməliyyat uğurla başa çatıb və yenidoğulmuş iki gün sonra evə yazılıb.
Qeyd edək ki, Perinatal Mərkəzdə neonatal cərrahiyyə inkişaf etdirilir və son bir ayda 13 əməliyyat həyata keçirilib.