“Badam” Klinikasının “Göz TIRI” Bərdəyə gedir

Aksiyanın keçirilməsində məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır: “Bərdə Rayon İcra Hakimiyyəti və “Badam” Klinikasının birgə tədbiri olan bu layihədə göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, icbari tibbi sığortanın dəstəyi ilə göndərişlər alınaraq “Badam Medical Center”də peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək. Müayinələri bu tibb ocağının “Nur” Göz Mərkəzinin həkimləri həyata keçirəcək”.
Qeyd edək ki, səyyar klinika Bərdə şəhərinin mərkəzində, “Bərdə Hotel”in yanında dayanacaq.
Əlavə məlumat almaq istəyənlər bu nömrələrə zəng edə bilərlər:
(050) 6006699, (012) 5386699,
*6699