Sumqayıt Tibb Mərkəzində ilk dəfə 7 yaşlı uşaq üzərində icra olunan bu əməliyyat uğurla başa çatıb

Yenilik.az xəbər verir ki, 7 yaşlı uşaq üzərində həyata keçirilən cərrahi əməliyyat Uşaq Xəstəxanasının travmatoloq-ortopedləri Rusif İsmayılov və Məharət Xasayev tərəfindən uğurla başa çatıb.
Qeyd edək ki, cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Hazırda əməliyyat olunan uşağın vəziyyəti stabil qiymətləndirilir və xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilir.