Əksik dişlərlə nə qədər yaşaya bilərik?

Əksik dişlərlə nə qədər yaşaya bilərik? Bir çox insan itirdiyi dişlərlə yaşamağa davam etsə də bu bir çox xəstəliyi özü ilə bərabər gətirir. Əgər əksik dişlər müalicə edilməsə bir çox xəstəliklərə yol aça bilər.

Medicina.az həmin araşdırmanı təqdim edir:

Ağzımızda olmayan dişlərlə nə qədər yaşaya bilərik?

Əksik dişlər bir çox problemlərə yol aça bilər. Bunlar ağıziçi problemlərlə başlayar və sistematik bir çox xəstəliklərlə davam edər. Əgər ağzınızda itirdiyiniz dişiniz varsa bu əksikliyi tamamlamaq üçün maksimum 6 ay vaxtınız var.


İtirdiyimiz dişlərin sağlamlığımıza hansı təsirləri var?

Əksik olan hissədə yan dişlərin o hissəyə sürüşməsi və əgər implant edilməsi planlaşdırılırsa, implant ediləcək sümüyün əriməsi problemi ilə rastlaşa bilər. Amma 1.5-2 ay sonra o hissəyə implant edilərsə, hansısa sümük əlavəsi və ya fərqli bir problemlə qarşılaşmazsınız.

Müalicə edilməzsə nələrə yol açar?

Əksik dişlər müalicə edilməzsə çeynəmə pozuntuları, qonşu dişlərin boşluğa qaçması və ya aşması ilə nəticələnəbilər. Bu da diş əti xəstəliklərinə, çürüklər, estetik pozuntular, həzmsizlik kimi problemlərə yol açar.

Diş əksikləri sayına görə müxtəlif cür həll edilə bilər. Əgər tək 1 dişdirsə, 1 ədəd implant və ya 3 dişdən yaranan bir körpü ilə tamamlana bilər. Masir texnologiya ilə artıq bir çox üsullarla ağızda heç dişi olmayan xəstələr belə 1 həftədə gözəl dişlərə sahib ola bilərlər.

Geri qayıt