Dəhşətli virusdan qorunmağın yolları – Bunlara əməl etməsəniz...

Dəhşətli virusdan qorunmağın yolları – Bunlara əməl etməsəniz... Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələri açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, bu tövsiyyələr aşağıdakılardır:

Əllərinizi yuyun

öskürdükdən və asqırdıqdan sonra

xəstələrə qulluq edərkən

yemək hazırlayərkən, əvvəl və sonra

yeməkdən əvvəl

tualet istifadəsindən sonra

əllər vizual olaraq çirkli göründükdə

heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

Əllərinizi yuyun

Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun

Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin

Başqalarını xəstələnmədən qoruyun

Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın



Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

Qida təhlükəsizliyini tətbiq edin

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun

Xəstə və ölü heyvanlar yeyilməməlidir

Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

Sağlam qalın!

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

Gözlərə, burun və ya ağzınıza toxunmayın.

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin.

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin.

Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin



İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın.

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin.

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun

Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın

Ət məhsullarını və yumurtanı tam bişirin

Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.

Geri qayıt