Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Azərişıq ASC 15 manata görə işığı kəsdi, 100 manat zərər vurdu – Şikayət

Azərişıq ASC 15 manata görə işığı kəsdi, 100 manat zərər vurdu – Şikayət

Azərişıq ASC 15 manata görə işığı kəsdi, 100 manat zərər vurdu – Şikayət
2021-07-24 , 12:05

Azərişıq ASC cəmi 15 manat borca görə abonentin işığını kəsib. Reportyor.info xəbər verir ki, bu haqda şikayətçi Rəbiyyə Məmmədova özü məlumat verib.

“Şikayətim Azərişıqdandır.
15.98 manat borca görə (bugünə qədər heç vaxt gecikməm olmayıb) Azərişıq ASC mən evdə olmaya-olmaya gəlib, işığı kəsib. 15 günə yaxındır evdə yoxam, borc çekini evə gələndə qapıdan götürmüşəm, evə daxil oldum ki, soyuducuda olan bütün qida məhsullarım bu vəziyyətə düşüb, ət iylənib, qış üçün buzluqda saxladığımız məhsullar yararsız vəziyyətə düşüb, evdən ifunət iyi gəlir. 100 manatdan çox maddi ziyan dəyib.
Az-çox mən hüquqlarımı bilirəm məni bu günə salırlar, sadə vətəndaşları Azərişıq hansı vəziyyətə salır düşünə bilmirəm.
Sabah rəsmi şikayət edəcəm, məhkəməyə də müraciət edəcəm”.
​https://reportyor.info/az%c9%99risiq-asc-15-manata-gor%c9%99-isigi-k%c9%99sdi-100-manat-z%c9%99r%c9%99r-vurdu-sikay%c9%99t/​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.