Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıt bulvarında insanların sayı niyə azdır? - ARAŞDIRMA - FOTOLAR

Sumqayıt bulvarında insanların sayı niyə azdır? - ARAŞDIRMA - FOTOLAR

Sumqayıt bulvarında insanların sayı niyə azdır? - ARAŞDIRMA - FOTOLAR
2021-10-03 , 17:29

Havalar xoş olanda insanlar parklara, bulvara üz tutur. Sumqayıt bulvarı da istisna deyil. Amma burada insanların istirahətini pozan, narahatlıq yaradan məqamlar var.

Sumqayit.tv-nin redaksiyasına məktub ünvanlayan vətəndaş itlərlə bağlı öz narazılığını bildirib: " Bulvarda  itlər fəqan edir. İnsanlar xoş havada gəzməyə çıxır. Amma uşaqlar, valideynlər, yaşlı insanlar burda itlərin qorxusundan hərəkət edə bilmir. İnanın, adam hərəkət etməyə qorxur. Yüz faiz adama hücum çəkə bilər, dişləyə bilər. Bulvarda, Nəsimi parkında saysız-hesabsız itlər var. Bulvarın müxtəlif yerlərində adamdan çox it var. Zarafat bir yana, gözümün qabağında ana azyaşlı övladıyla itin yanından keçməyə qorxurdu. Elə it var adam boydadı. Ac olanda adamı dişləyər. Sanki bura zooparkdı. Aidiyyatı qurumlar tədbir görsə, təhlükə altında qalmarıq"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.