Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Expargo karqo şirkətindən narazılıq artır

Expargo karqo şirkətindən narazılıq artır

Expargo karqo şirkətindən narazılıq artır
2021-12-29 , 11:01

Azərbaycanda günü-gündən karqo şirkətlərinin artması bu sahədə gəlir əldə etmək üçün münbit şərait olduğunu göstərir. Amma şirkətlər artdıqca, bazara yeni karqo firmaları daxil olduqca, təəssüf ki, narazılıqlar, şikayətlər də artmaqdadır. Bu sahədə fəaliyyət göstərən şirkətlər rəqabət mühitində daha da yaxşı işləməkdənsə, sanki arxayınlaşıb müştəri məmnuniyyətinə əhəmiyyət verməkdən vaz keçir, şikayətlərə əhəmiyyət belə vermirlər. Expargo firması kimi. 


Son günlər sosial şəbəkələr bu şirkətdən edilən şikayətlərlə dolub-daşır desək yanılmarıq. Türkiyədə 1, maksimum 2 günə Expargo-nun anbarına təslim edilən məhsul sistemə gec vurulur. Azərbaycana gətirildikdən sonra isə Gömrük nəzarət baxışından cəmi 1-2 saata keçərək sahibinə təhvil verilməsi üçün Expargoya təslim edilən məhsuul günlərlə çeşidlənməstatusunda qalır. Elə insanları narazı salan da bu məqamdır. Necə olur ki, milyonlarla məhsul gömrük baxışından 1-2 saata keçə bilir, amma karqo şirkətində məhsulun çeşidlənməsi günlərlə bitmir ki, bitmir?!'Əvvəllər belə şikayətlərə inanmır, başqa karqo şirkətlərinin qara PR kampaniyası hesab edirdik. Ancaq son vaxtlar özümüz də gecikmələrlə yanaşı, şirkətin telefonlara, müraciətlərə reaksiya və cavab verməməsini müşahidə etdikdə vəziyyətin nə qədər mürəkkəb olduğunu anladıq. Təsəvvür edin ki, dekabrın 20-də şirkətin Türkiyə ofisinə təhvil verilən kitablar hələ sistemə oturmayıb. Bu minvalla həmin kitablar görəsən neçə ilə gəlib Azərbaycana çıxar? Bu necə xidmətdir? Sosial şəbəkələrdə də bu cür şikayətlər var. Həmin şikayətlərdən bir neçəsini təqdim edirik və qarşı tərəf hər hansı bir açıqlama verərsə dərc etməyə hazır olduğumuzu bildiririk. Açıqlama verin heç olmasa vətəndaşlar bilsinlər nə baş verib, niyə alınan məhsul 





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.