Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Azercell-dən şikayət:"Balansdan əlavə məbləğ çıxırlar"

Azercell-dən şikayət:"Balansdan əlavə məbləğ çıxırlar"

Azercell-dən şikayət:"Balansdan əlavə məbləğ çıxırlar"
2021-12-29 , 16:09

Azercell mobil operator şirkətində rəhbərlik dəyişir, amma şikayətlər davam edir. Belə bir şikayət sosial şəbəkədə vətəndaş sabir Rzazada tərəfindən edilib. Belə ki, Feysbuk sosial şəbəkəsində "Mənim şikayətim var" adlı qrupda və öz şəxsi hesabında paylaşım edən vətəndaş qeyd edib ki, "Artıq bir neçə aydır ki corporativ nömrə ilə əlaqədar olaraq qeyd olunan quruma bir neçə dəfə şikayət bildirmişəm. İnternet traffiki olduğu halda balansımdan məbləğ çıxılır və balansım mənfi olur. Bu halda da nömrə birtərəfli bağlanır. Aktivləşməsi üçün isə corporotiv nömrələr üçün təyin olunmuş nömrə ilə əlaqə saxlayıram aktivləşdirirlər. Bir neçə dəqiqə sonra nömrə yenidən bağlanır. Operator bildirir ki çətinlik onlar tərəfdəndir aradan qaldırılacaq. Ancaq bu çətinlik gecə vaxtı baş verdiyi halda corporativ şöbədə qeyri iş vaxtı olduğu üçün nömrəmi aktivləşdirmədilər. Bunun üçün yalnız iş vaxtı əlaqə saxlamağımı bildirdilər. Bunnan bağlı olaraq azercell heç bir tədbir görmür. Corporativ müştəri olaraq hər bir kəsi azercell müştərisi olmamağa çağırıram. Xidmət göstərmirlər və balansdan əlavə məbləğlər çıxırlar. İstehlakçı hüquqlarının müdafiəsi üzrə dövlət qurumunada şikayətimi ünvanlıyacam."


Azercell elə şikayətçinin hesabında məsələyə münasibət bildirirək qeyd edib ki, "Qarşılaşdığınız hal ilə əlaqədar təəssüf edirik. Məlumat üçün bildirmək istərdik ki, Fakturalı Xətt sisteminə aid nömrə – müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, sonradan ödəməklə və ya avans olaraq, nömrənin hesabına keçirilən pul vəsaiti müqabilində xidmətlərdən istifadə imkanını yaradır. “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Əlavə olaraq qeyd etmək istərdik ki, balansdan vəsait sərfiyyatının mütləq səbəbi vardır. Müraciətiniz üzrə nömrənizin yoxlanılması, həmçinin müvafiq məbləğin hansı telekommunikasiya xidmətlərinə görə istifadə olunduğunu öyrənmək məqsədilə bizim şəxsi mesaj bölümünə müraciət etməyiniz xahiş olunur." Bu açıqlamayaşikayətçinin cavabı konkret olub: "Azercell sizin operatorlar yoxlayaraq bildirirlerki texniki prablem siz terefdedir. Ve vesait silinmesi sizin problemden qaynaqlanir."

Belə məlum olur ki, operatorlar abunəçiyə bir söz, sosial şəbəkədə cavab verən əməkdaş isə başqa söz deyir. İndi bu abunəçi kimə inansın, dərdini kimə desin?
Azercell münasibət bildirsə dərc etməyə hazırıq.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.