Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "Zirə Toyuqları”nın sahibi əhalini köç etdirir – “Üfunətdən yaşamaq olmur”

"Zirə Toyuqları”nın sahibi əhalini köç etdirir – “Üfunətdən yaşamaq olmur”

"Zirə Toyuqları”nın sahibi əhalini köç etdirir – “Üfunətdən yaşamaq olmur”
2019-12-30 , 15:35

Bakının Pirallahı rayonunun Zirə qəsəbəsində yaşayan bir qrup sakin Azinforum.az-a şikayətlə müraciət edib. Onlar bildirir ki, yaşadıqları əraziyə yaxın yerdə iki ay əvvəl məskən salmış “Zirə Toyuqları” brendi altında bazara mal təqdim edən müəssisə sakinləri yaşadıqları yerdən köçməyə vadar edir. Qeyd edək ki, sözügedən ərazi Zirə magistral yolunun kənarında, “Zirə Eko Parkı”na yaxın məsafədə yerləşir. Sakinlərin sözlərinə görə, iki ay əvvəl həmin ərazidə fəaliyyətə başlamış toyuq fermasının ətrafa buraxdığı üfunət iyindən evlərində yaşamaq mümkünsüz hala gəlib.


Sözügedən ərazidə olan Azinforum.az-ın əməkdaşları olaraq biz də ətrafda üfunət iyindən dayanmağın mümkünsüz olduğunu gördük. Hazırda fəaliyyət göstərən ferama ilə evi demək olar ki, divar-divara bitişik olan Qarabağ qazisi Ədalət Kalbalıyev bizimlə söhbətində bildirdi ki, sözügedən ərazinin sahibi “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətov olub:

” O, dünyasın dəyişəndən sonra, hazırda işlərə oğlu nəzarət edir. İndi bu yeri Anar adlı Zirə kənd sakininə icarəyə veriblər. Onlar da burda toyuq ferması açıb. Özünüz iyi görürsünüz. Burda yaşamaq mümkündürmü? Biz gedib onların qapılarını döydük. Azad adlı bir adam çıxdı. Bildirdi ki, hazırda həmin yerdə 100 minə yaxın toyuq saxlanılır. Ventilyasiya sistemi işləməsə, toyuqların hamısı ölər. Ventiliyasiya da işləyəndə biz üfunət iyindən dayana bilmirik. Gedək mənim evimə baxın. Bütün ailəmi qardaşımgilə köçürmüşəm. Axı niyə kimsə pul qazanmağına görə, başqa sakinlərin yaşayışına mane olmalıdır? Mənə buranın rəhbərlərindən olan Elvin adlı şəxsin nömrəsini verdilər. Yığdım və danışdım. Dedi ki, görüşüb, məsələni müzakirə edərik. Amma bizimlə görüşdən yayındı. Ətrafda yaşayan qonşuların hamısı bu vəziyyətdən narazıdır. Yaxındakı “Eko Park” hara, bu üfunət hara? Çox xahiş edirəm, bizim səsimizi lazımi instansiyalara çatdırın ki, bu vəziyyətə bir əncam çəksinlər”.

Qeyd edək ki, sözügedən yerin sahibi kimi adı çəkilən şəxslə bağlı bundan əvvəl də müxtəlif qalmaqallar yaşanıb.

Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə “Galendawagen” markalı avtomobil ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

Bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

Azinforum.az olaraq, biz sözügedən ərazidən çəkilən foto və videonu təqdim edirk. Ümidvarıq ki, Pirallahı İcra Hakimiyyəti, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yaranmış vəziyyətə müdaxilə edib, sakinləri bu üfunət iyindən xilas edəcək. Mövzu diqqətimizdədir…

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.