Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Masallı DYP-nin rəisi İkram Məmmədov sürücüləri belə şərləyir - VİDEO

Masallı DYP-nin rəisi İkram Məmmədov sürücüləri belə şərləyir - VİDEO

Masallı DYP-nin rəisi İkram Məmmədov sürücüləri belə şərləyir - VİDEO
2020-03-07 , 19:42

Masallı şəhər sakini Ramazanov Nazim Xanbaba oğlu Masallı RPŞ-nin DYPB-nin rəisi polis mayoru İkram Məmmədovdan şikayətçidir.


Masallı şəhər sakini Nazim Ramazanov Asiya.az-a müraciət edərək bildirib ki, 05 mart 2020-ci il tarixində idarə etdiyi, ona məxsus 90 HA 721 Dövlət nömrə nişanlı Mitsubishi Pajero İO markalı avtomobillə Masallı-Cəlilabad yolunun “Seybətin dairəsi” deyilən ərazisində heç bir tanınma nişanı olmayan Mercedes markalı avtomobilin mülkü geyimli sürücüsü tərəfindən saxlanılıb.
Masallı DYP-nin rəisi İkram Məmmədov sürücüləri belə şərləyir - VİDEOSürücü Nazim Ramazanov
“Tanımadığım sərxoş sürücü üstümə hücum edərək, ona niyə yol vermədiyimi soruşdu? Aramızda mübahisə yaranarkən o bildirdi ki, “İndi sənə basdıraram içəri, ağılın başına gələr. Mən Masallı DYP-nin rəisiyəm”. Sonra zəng edib YPX əməkdaşlarını çağırdı. Onlara mənim sənədlərimi yoxlamağı tapşırdı. Sənədlərimi yoxlayan Polis baş leytenantı Ariz İsmayılov rəisə sənədlərin qaydasında olduğunu bildirdi. İkram Məmmədov Ariz İsmayılova dedi ki, protokol tərtib edib yazın ki, işıqforun qırmızı işığında keçib”. Ariz İsmayılov İkram Məmmədovun əmrinə əsasən məni şərləyib, protokol tərtib edib aktlaşdırdı. Mən heç bir sənədə imza atmadım”.

Şikayətçi Nazim Ramazanov Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Baş Prokuror cənab Zakir Qaralova müraciət edərək bildirir ki,

“Bu qədər özbaşınalıq olmaz. Mən Azərbaycanda olan ədalətə inanıram. Ümid edirəm ki, mənə qarşı haqsızlıq edən, məni şərləyən polis əməkdaşları cəzalanacaqlar”.
Masallı DYP-nin rəisi İkram Məmmədov sürücüləri belə şərləyir - VİDEOİkram Məmmədov
Məsələ ilə bağlı Asiya.az-ın əməkdaşı Masallı RPŞ-nin DYPB-nin rəisi İkram Məmmədovla əlaqə saxlayıb. İkram Məmmədov həmin vaxt mülki avtomobil idarə etdiyini təsdiq edərək bildirib ki, mən Mitsubishi Pajero İO markalı avtomobilin işıqforun qırmızı işığında keçdiyini görüb onu saxladım. Hadisə yerinə YPX əməkdaşlarını çağırıb, qanuna müvafiq aktlaşdırdım.

Asiya.az-ın əməkdaşı sürücüyə protokol tərtib edən Masallı RPŞ-nin DYPB-nun baş leytenantı Ariz İsmayılovla da əlaqə saxlayıb. Ariz İsmayılov xidmətdə olduğu vaxt hadisə yerinə rəisləri İkram Məmmədov tərəfindən çağrıldığını və onun göstərişi ilə sürücüyə cərimə yazdığını bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.