Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "Aşağılayıcı davrandılar və..." - "Kontakt Home"un reklam oyunu, yaxud tanınmış tərcüməçini necə aldadıblar?

"Aşağılayıcı davrandılar və..." - "Kontakt Home"un reklam oyunu, yaxud tanınmış tərcüməçini necə aldadıblar?

"Aşağılayıcı davrandılar və..." - "Kontakt Home"un reklam oyunu, yaxud tanınmış tərcüməçini necə aldadıblar?
2020-03-08 , 17:15

""Kontakt Home"un metrodakı reklamına inanmaq istəyərək (aldanmayaraq), zəng vurdum və getdim Əhmədlidəki filialına. Reklamdakına uyğun olaraq ayı 29 manatdan 17 aylıq kreditlə telefon almaq istədiyimi söylədim, razılaşdılar. Kağızı yazıb verəndə, baxdım ki, 12 aylıq yazıblar və ayı 39 manatdan".


Mia.az xəbər verir ki, bu sözləri tanınmış tərcüməçi Nadir Qocabəyli sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, reklamda ilkin ödəniş olmadığı yazılsa da, ondan ilkin ödəniş də tələb etdilər: "Ev telefonunu mütləq şərt qoydular və aşağılayıcı davrandılar. Yəni aylıq 30-40 manat ödənişə görə, inamsızlıq nümayiş etdirdilər. "Müəllim" deyə müraciət etdilər, ancaq dilənçi münasibəti göstərdilər...

Mən də onlardan almadım və gəldim dəfələrlə kreditə mal aldığım və pullarını Allahın köməkliyi ilə bircə dəfə də olsun bircə gün gecikdirmədiyim "Samsung"a...

Deməyim odur ki, reklamlara aldanmayaq, tanıdığımız, bələd olduğumuz, bizə hörmət qoyulan yerlərdən alış-veriş edək...

Səhv etmirəmsə, "Kontakt Home" prezidenti də deputat oldu. Təbrik etmirəm!".

Mia.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.