Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Araz”dan alınan konfetin içindən qurd çıxdı - FOTO

“Araz”dan alınan konfetin içindən qurd çıxdı - FOTO

“Araz”dan alınan konfetin içindən qurd çıxdı - FOTO
2019-12-31 , 15:05

Araz supermarketlər şəbəkəsinin Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki mağazasından alınan “Konti” konfetinin içindən qurd çıxıb.




Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.



Vətəndaş iddia edir ki, bu hal ilə ikinci dəfədir rastlaşır: “Bir dəfə də iki il əvvəl balıq almışdım köhnə çıxdı, qaytardım. Tarixi isə mağazada dəyişdirilmişdi, çünki tərəzidə çəkiləndə tarix də düşür, köhnə kağız altda qalmışdı. Üstündə yenisi vardı, evdə bildim, qoxusu yayılmışdı”.



Şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova cavab olaraq deyib ki, konti Ukrayna brendidir, Rusiyada istehal olunur, tədarükçüsü NANT MMC-dir: “Tərkibi şokolad və fındıqdan ibarətdir. Mütəmadi satılan məhsuldur. Sizin şikayətiniz əsasında həmin şokoladlar bir-neçə marketdə yoxlanıldı, qurdlama halına rast gəlinmədi”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.