Sumqayıtlı şəhid Emil Əliyevin ailəsi şikayətlərinə baxılmadığını iddia edir. Yenilik.az şəhidin atasının adından sosial şəbəkədə yayılmış şikayəti və şəhid qardaşının video müraciətini təqdim edirik:
"Mən Əliyev Əziz Məcid oğlu.Sumqayıt şəhərındə yaşayırıq.Ailəmiz 4 nəfərdən ibarət idi.Böyük oğlum Əliyev Emil Əziz oğlu 06.10.2020 ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldu.1 otaqlı 17 kvadrat mənzildə yaşayırıq. Şikayətim Əmək və Əhalinin sosial müdafiə nazirliyindəndir.Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə ayrılan mənzilləri Sosial xidmətlər agentliyi mənimsəyir.Sahil Babayevin müavini Hidayət Abdullayev, Sosial xidmətlər agentliyinin Sədr müavini Zaur İbrahimov.Biz Hidayət Abdullayev ilə video formatda danışdıq və 1 otaqlı mənzildə yaşadığımızı evdə 1 subay oğlumun olduğunu qeyd etdik.Hidayət Abdullayev Zaur İbrahimova göstəriş verdi ki Şəhid ailəsini 2 otaqlını mənzillə təmin edin.Biz 2 ay gözlədik evdən bir xəbər gəlməyincə təkrar müraciət etdik və bizə cavabında sizə 2 otaq deyil 1 otaqlı mənzil veririk dedilər.Səbəb kimi bizə 1 otaqlı evinizin olduğunu dedilər.Biz isə Hidayət Abdullayevin bizə 2 otaqlı ev verilməsini göstəriş verdiyini dedik. Qeyd edim ki şəhid ailələrini 2 otaqlı və ya 3 otaqlı mənzillə təmin ediblər.Biz haqqimizin yeyilməsinə gore bu qərarla razilaşmadıq.Cənab İlham Əliyevə telegram vurduq.Prezident aparatından bizimlə əlaqə saxladılar.Problemimizi əməkdaşlara bildirdik, aparatdan bizə söz verdilər ki biz göstəriş verəcəyik probleminiz həll olunacaq.Artıq 1 ildir problemlərimiz həll olunmur."