Yenilik.Az
www.Yenilik.Az » Şikayət » FUAD MAYILOVUN BDYPİ-DƏ “ASAN XIDMƏT”İ

FUAD MAYILOVUN BDYPİ-DƏ “ASAN XIDMƏT”İ

FUAD MAYILOVUN BDYPİ-DƏ “ASAN XIDMƏT”İ
2022-07-05 , 20:21

“Vatçap qrupu”, gündəlik “plan”, “moyka” biznesi və…

Baş Dövlət Yol Polisi İdarəsində maraqlı oyunlar gedir. Birincilik uğrunda mübarizə, böyük pullara nəzarət savaşları pik həddə çatıb. Hazırda BDYPİ-də əsas fiqur kimi ortaya çıxan şəxs bir müddət əvvəl Yol Patrul Xidməti Alayına komandir təyinatı almış Fuad Mayılovdur.
Uzun müddət bu posta rəhbırlik etmiş və əsas iddialılardan biri olan Balakişi Əhmədovu “devirməyi” bacaran Mayılov, qısa müddətdə idarədə əsas postların hamısına nəzarəti ələ keçirməyə də nail olub. Belə ki, o, BDYPİ-nin əsas qazanc yeri sayılan və dəfələrlər qalmaqalları ilə ad çıxarmış İmtahan-Qeydiyyat İdarəsi və Texniki Baxış Şöbəsini nəzarəti altına alıb.
Fuad Mayılov bu posta təyinat almamışdan öncə Xırdalanda yerləşən Ekologiya Postunda rəis kimi çalışıb. Həmin dönəmlərdə elə də populyar olmayan Mayılov, sonradan özünü diqqət mərkəzinə gətirməyi bacarıb. Yeni vəzifəsinə təyinat aldıqdan sonra isə strateji hədəfi olan BDYPİ-nin rəisi olmaq arzusunu reallaşdırmağa başlayıb. Bu yolda ona mane olan Bakı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevi belə “offsayt”da saxlamağı bacarıb.
Mayılov alay komandiri olduqdan sonra BDYPİ-də bir sıra “islahatlar” aparıb. Məsələn, o, texniki baxışdan keçmək üçün “asan xidmət” yaradıb. İndi sürücülərin əziyyət çəkib, Zabratda və ya rayonlardayerləşən texniki baxış şöbələrinə getmələrinə ehtiyac qalmayıb. Çünki Mayılovun göstərişi ilə hər Texniki Baxış Şöbəsi özlərinə simsar olan adamlardan birinin əli ilə “vatçap qrupu” yaradıb.
Bu qrup nə üçün lazımdır? Məsələ belədir ki, sürücü texniki baxışdan keçmək üçün qanunla şöbəyə gəlməlidir. Daha sonra isə rəsmi dövlət rüsumu 30 manat olan avtomobilinin pulunu ödəməli və bir illik möhlət almalıdır. Lakin Mayılovun yaratdırdığı “vatçap qrup”ları həmin funksiyanı gəlmədən həyata keçirirlər. Belə ki, sürücü sözügedən “vatçap qrupu”na maşının texniki pasportunu və lazım olan sənədlərin şəklini gösndərməklə, getmədən bu hüququ əldə edə bilir. Sadəcə, bu işin müqabilində sürücü 30 manat deyil, 50-80 manat ödəməli olur.
Bu həm də ona görə işə yarayır ki, Sumqayıtda olan sürücü İmişlidə qeydiyyatdadırsa, bunun üçün İmişliyə getməlidir. Lakin Fuad Mayılovun yeni “sistemi” sayəsində buna da gərək qalmır. Elə Sumqayıtdaca qeydiyyatdan keçərək, məsələsini həll edir.
Amma 50-80 manatlıq “rüsum” fiziki şəxslərə şamildir. Hüququ şəxslərin adına olan avtomobillər isə başqa qazanc mənbəyidir. Belə ki, hüququ şəxslər üçün nəzrədə tutulan texniki baxış xərcləri iki yerə bölünür. Əsasə Dövlət Yol Polisinin Zabrat Texniki Baxış Mərkəzində həyata keçirilən proses zaman hüquqi şəxslərin adına olan avtomobillərdən texniki baxış üçün iki illik 200 manat alınır. Halbuki bu rəqəm iki dəfə azdır. Yük maşınlarından alınan pulun məbləği isə tonnajından asılı olaraq, 160 manatdan başlayıb, 250 manata qədər artır.
İşin ən maraqlı tərəflərindən biri də odur ki, Dövlət Yol Polisinin Zabrat Texniki Baxış Mərkəzinin rəisi Mərdan Əliyev bu işlərdən əlavə, yeni bir qazanc üsulu da tapıb. Belə ki, texniki baxışa gəlmiş avtomobil tozlu, palçıqlı olarsa, mütləq, elə mərkəzin yaxınlığında fəaliyyət göstərən avtomobil yuma məntəqəsində yuyulmalıdır. Qiymət isə bir maşın üçün 10 manatdır. Əks təqdirdə, maşına texniki baxış həyata keçirilmir.
Həmin avtomobilyuma məntəqəsinin birbaşa Mərdan Əliyevə aid olduğu, gündəli pulların da ona yetişdiyi bildirilir.
Amma Fuad Mayılovun “ixtira” və “kəşfləri” bununla da bitmir. Məsələ odur ki, alay komandiri bütün texniki baxış şöbələrinin qarşısında şərt qoyub və onlardan günlük plan tələb edir. Bildirək ki, ölkə üzrə 11 Texniki Baxış və İmtahan-Qeydiyyat İdarəsi var. Onlar gündəlik 20 min manat “xərac” verməlidirlər. Təbii ki, bu pullar Fuad Mayılova çatır.
Eyni zamanda, Fuad Mayılov regionlar üzrə də “nümayəndə” təyin edib. Gələn məlumatlara görə, həmin “nümayəndə” təmsil etdiyi bölgənin DYP Postunun rəisi vəzifəsini tutur. Onların işi “qara kassa” funaksiyasını həyata keçirir. Məsələn, Cənub bölgəsində bu missiyanı Göytəpə DYP Postunun rəisi həyata keçirir. Digər bölgələrdə isə bu “missiya” əsasən İmtahan-Qeydiyyat İdarələrinin rəsmilərinə həvalə olunub. Onların vəzifəsi yığılan pulları Mayılova çatdırmaqdır.
Qeyd edək ki, Fuad Mayılovun “ixtiraları” bununla da bitmir. Bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik. Bəhs olunacaq mövzular isə alkotester, narkotik vasitənin qəbul edilib, edilməməsi, bu testlər nəticəsində adı kitaba düşənlərlə protokol tərtib edilənlər arasında ciddi fərqin olması, qohumların vəzifələrə təyinat alması və digər mətləblərdən ibarətdir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
jamaz.info https://tia.az/fuad-mayilovun-bdypi-de-asan-xidmet-i/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.