Yenilik.Az
www.Yenilik.Az » Şikayət » İcbari Tibbi Sığorta işləmirsə... VƏTƏNDAŞ NƏ ETSİN? - GİLEY

İcbari Tibbi Sığorta işləmirsə... VƏTƏNDAŞ NƏ ETSİN? - GİLEY

İcbari Tibbi Sığorta işləmirsə... VƏTƏNDAŞ NƏ ETSİN? - GİLEY
2022-09-14 , 18:24

"Bura özəl göz klinikası olan "BATIGÖZ" kilinikasıdır. Bu gün oraya İcbari Tibbi Sığorta ilə dostumun atasını gətirmişik . Baxdılar yoxladılar, 2 günə əməliyyata yazdılar".


Asiya.az bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Mansur Məzahiroğlu adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Gəldik sənədləşdirməyə. Burada bazar başladı. Demək: bir gözə linza 300 manata qoyurlar, o biri gözünə əməliyyata 1500 manat pul istədi. Belə çıxır ki, İTS burada yoxdur. Adi özəl və dövlət xəstəxanalarında belə əməliyyatları 500 - 600 manata edirlər. Rəhbərlik, işçiləri və həkimləri əksəriyyəti türk vətəndaşlarıdır. 45 il iş stajı olan və 240 manat pensiya alan. 82 yaşlı qoca bir adama göz əməliyyatına görə 1800 manat pul ödəmək mümkün deyil. Pulu yoxdur. Onun pensiyası özünün dava dərmanına, yeməyinə çatmır. Neçə ildir gözü görmür. Pulu yoxur ki, əməliyyat elətdirdsin. Bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan vətəndaşları Dövlət tərəfindən İcbari Tibbi Sığorta olunublar. Hər bir vətəndaş İTS hesabına pulsuz dövlət və özəl Tibbi Müəssisələrdə müayinə və müalicə oluna bilər . Amma bəzi Tibbi Müəssisələr İcbari Tibbi Sığorta pulunu alır və əlavə olar vətəndaşlardan da pul istəyir. Məsələm: "BATIGÖZ" klinikası, Zərfə Əliyeva adına Göz Klinikası hər gələn pasientdən 300 - 1500 kimə nə gəldi qiymət deyirlər. Azərbaycan Xalqını soyanlardan uzaq olun. Nahayıt Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz müayinə olandan sonra dedilər ki, sentyabrın 15 kimi İTS bizə heç nə verməyib. Verilənlər də pul verən pasientlər üçündür . Ayın axırı əlaqə saxlayın əyər bizə avadanlıq, linza və.s versələr biz əməliyyat edərik. Bəs millətdən pul yığan İTS pulu hara xərcləyir? Bu pula kimlər nəzarət edir?"//Dia.az

İddia olunanlarla bağlı Asiya.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.