Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır? - “Yeni Klinika”dan ŞİKAYƏT

Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır? - “Yeni Klinika”dan ŞİKAYƏT

Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır? - “Yeni Klinika”dan ŞİKAYƏT
2022-10-19 , 20:33

“Yeni Klinikanın tibb personalında çalışan şəxslərin müqaviləsinə kütləvi şəkildə xitam verilir”. 

Bu iddia ilə “Qafqazinfo”ya həmin klinikada çalışan bir neçə şəxs müraciət edib. Şikayətçilərin sözlərinə görə, əvvəlcədən onlara heç bir məlumat verilmədən və səbəb göstərilmədən müqavilələri sonlandırılıb:
“Müqavilələrin vaxtı bitmişdi və əsası olmadan vaxtının uzadılmayacağını bildirdilər. Uzun müddətdir ki, burada çalışırıq. İstər pandemiya dövründə, istərsə də müharibə müddətində aktiv şəkildə öz işimizi icra etmişik. Lakin bu gün bizim əvəzimizə tibb sektorunda heç vaxt çalışmayan, heç bir tibbi savadı olmayan, ali təhsili olmayan şəxsləri işə götürürlər.
Hətta burada çalışan həkimlər də bildiriblər ki, bu işdən uzaqlaşdırılan şəxslər onların işinə yararlı olanlardır. Bir-iki nəfər deyil, kütləvi şəkildə işdən çıxarılma var. Ümumi tibb xidmətlərinin şöbə müdiri, orada çalışan tibbi qeydiyyatçılar, sığorta işçisi və s. bunların hamısının müqaviləsinə son verilir. Halbuki, biz burada 3 il müddətində çox böyük əmək sərf etmişik. İndi bizim işimiz onlara yararsız gəlir. Həm də heç bir şikayət, töhmət olmadığı şəkildə. Əslində 21 gün öncədən bu barədə bizə məlumat verilməli idi. Lakin bunlar 1 həftə vaxt qalanda deyirlər ki, “müqavilənizin vaxtı bitib”. 
Məsələ ilə bağlı “Yeni Klinika”dan bildirildi ki, tibb müəssisəsində kütləvi şəkildə işçilərin müqaviləsinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır: “Hazırda tibb müəssisəsində işəgötürənlə işçi arasındakı bütün münasibətlər əmək qanunvericiliyinin tələblərinə əsasən tənzimlənir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.