Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Bakıda qeysəriyyədən sonra körpə öldü - Ailə şikayətçidir+Foto

Bakıda qeysəriyyədən sonra körpə öldü - Ailə şikayətçidir+Foto

Bakıda qeysəriyyədən sonra körpə öldü - Ailə şikayətçidir+Foto
2020-03-25 , 18:44

Bakıda qeysəriyyə əməliyyatından sonra uşaq vəfat edib.


Yenilik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Qalib Salahov bildirib ki, qızı Ayşən Əfqanlı Gömrük Hospitalının həkimi Nərmin Muradovanın pasiyenti olub:

“Hamiləlik vaxtı bütün müayinə və doppler analizləri aparılmışdı. Bizə deyilmişdi ki, təbii doğuş aprelin 18-də olacaq. Amma martın ortasında həkim Nərmin Muradova qızıma deyib ki, apreldə mən Azərbaycanda olmayacağam, gəl indi əməliyyatla uşağı götürək. Ama uşağın əməliyyatla götürülməsi üçün heç bir tibbi səbəb olmayıb.

Martın 19-da Gömrük Hospitalında əməliyyat olunub və uşağın ağciyərləri açılmamış həkim onu götürüb. Buna görə də körpədə xəstəliklər yaranıb. Onu küvezə yerləşdirdilər və bu formada müalicəsinin davam etdirilməsi üçün bizdən 4 min manat istədilər. O pulu verməyə imkanımız çatmadığı üçün uşağı OMD xəstəxanasəna köçürdük.

Körpə əməliyyat vaxtı aldığı travmalara görə martın 23-də orada vəfat etdi. Mənim nəvəm həkimin acgözlüyü nəticəsində öldü. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm, araşdırma aparılır”.

Həkim Nərmin Muradova

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.