Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Tanınmış aparıcı "Bizim tarla"dan narazılıq etdi:"Sizin yerinizə utanıram"

Tanınmış aparıcı "Bizim tarla"dan narazılıq etdi:"Sizin yerinizə utanıram"

Tanınmış aparıcı "Bizim tarla"dan narazılıq etdi:"Sizin yerinizə utanıram"
2022-11-04 , 16:41

Tanınmış teleaparıcı İradə İsaq "Bizim tarla" üzüm yarpaqlarından narazılıq edib. Yenilik.az xəbər verir ki, bu barədə fikirlərini aparıcı sosial şəbəkədə qeyd edib. Həmin qeydi olduğu kimi dərc edirik:
"Bizim tarla" şirkətinin yerinə utanıram.
Əvvəl başlayanda yenə yaxşı idilər. Qardaşlarım, əgər bankada yarpaq satışı sizdə alınmırsa, istehsal etməyin, lütfən. Alınmır, olmur, sizlik deyil. Niyə istehsalçının cibinə bu qədər ziyan vurursunuz? Normal hüquqlarımız da qorunmur ki, pişiyinizi bir istehlakçı kimi ağaca dırmaşdıraq. 
Hər dəfə şans verirəm ki, bu dəfə yaxşı olar. Elə o biri firmalar da ondan geri qalmır. Etməyin bunu, üzüm yarpağı satışına son qoyun. 
Satmayın yarpaqları, biz də bilək ki, yoxdur, qışda bu yeməkdən gözümüzü yığaq, hazırlığımızı edib bunca əziyyətli dolmanı bişirməyə özümüzü kökləməyək. 
Yarpağın yarısını tulladım zibilə, əlimdə parçalandılar, ətlə bir-birimizə baxa-baxa qalmışıq. 
Ölmürsünüz utanmaqdan?"
Təəssüf ki, "Bizim tarla" markasının aid olduğu "Azersun" şirkətindən mövqe öyrənmək mümkün olmadı. Münasibət bildirərlərsə dərc etməyə hazırıq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.