Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTO

Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTO

Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTO
2020-01-02 , 16:27

Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir.


Teref.az-ın xəbərinə görə, bu barədə sakinlərdən biri məlumat verib.

Onun sözlərinə görə, yaşları təxminən 30-50 arasında 40-50 ağac kəsilib.

Xatırladaq ki, “Luna Park” 1990-2000-ci illərin əvvəllərində ən çox istifadə olunan istirahət yerlərindən biri idi. Əvvəllər bura “Nizami İstirahət Parkı” kimi tanınırdı. Sonra orada müxtəlif attraksionlar quraşdırıldı və park əyləncə mərkəzinə çevrildi. Zamanla “Luna Park” çox sayda ticarət mərkəzindəki əyləncə mərkəzlərinə rəqabətdə uduzdu. Bir neçə il əvvəl isə park təmir üçün bağlandı.(Oxu.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.