Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "EGE" HOSPİTALDA BİABIRÇILIQ: QARABAĞ QAZİSİ PULUNU ALA BİLMİR

"EGE" HOSPİTALDA BİABIRÇILIQ: QARABAĞ QAZİSİ PULUNU ALA BİLMİR

"EGE" HOSPİTALDA BİABIRÇILIQ: QARABAĞ QAZİSİ PULUNU ALA BİLMİR
2020-04-24 , 20:12

"EGE Hospital"-ın həkimi Qarabağ qazisindən 2900 manat pul aldı, özünə isə "Get kimə istəyirsən şikayət et" dedi.


Correct.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Rey Kərimoğlu verib. O bildirib ki, bir ayağını müharibədə itirmiş, böyrəkləri funksiyasını itirmiş 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu əməliyyat olunması üçün "EGE Hospitala müraciət edib. Hospitalın Ruslan adlı həkimi qazidən 2900 manat pul alıb, onun ayağını amputasiya etmədən problemini həll edəcəyinə dair söz versə də işini sona qədər görməyib.

Jurnalist əlavə edib ki, hazırda Qarabağ qazisinin ayağında qaralma gedir və qaziyə hələ də heç bir köməklik edilməyib. Pulunu tələb edən qaziyə "Kimə istəyirsən şikayət et" deyə cavab verilib və ondan sonra adıçəkilən həkim onun zənglərini cavablamayıb.

Məsələ ilə bağlı "EGE Hospital"la əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilməyib.

Xəstəxananın mövqeyini dərc etməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.