Yenilik.Az
www.Yenilik.Az » Şikayət » AzTV sədrindən Prezidentə və Mehriban xanıma şikayət etdilər-FOTOLAR

AzTV sədrindən Prezidentə və Mehriban xanıma şikayət etdilər-FOTOLAR

AzTV sədrindən Prezidentə və Mehriban xanıma şikayət etdilər-FOTOLAR
2020-06-16 , 18:22

AzTV-dən bir müddət əvvəl işdən uzaqlaşdırılmış sürücülər yenidən Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident mehriban xanım Əliyevaya, baş nazir Əli Əsədova şikayət xarakterli müraciət ediblər. Həmçin müraciətin redaksiyamıza daxil olan surətini olduğu kimi dərc edirik. 

"Cənab Prezident  İlham Əliyevə   
Sürəti: I Vitse Prezident Mehriban Əliyevaya      
Sürəti: Baş Nazir Əli Əsədova 

Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin sürücüləri tərəfindən 
Ərizə
Hörmətli cənab prezident İlham Əliyev!
Biz AzTV – nin sürücüləri, AzTV- nin sədri Rövşən Məmmədov və onun komandası şəkləyərək və hədə qorxu gələrək 22.04.2020 ci il tarixdə biz sürücüləri işdən azad ediblər. Bizi işdən azad edən gündən sizə və Mehriban xanıma müraciət etmişik. Azərbaycanda və bütün dünyada gedən pandemiya və çətin günlərdə sizin göstərişiniz və tapşırıqlarınıza  (heç bir işçi işlədiyi müəssisədən çıxarılmamalıdır) məhəl qoymayaraq Rövşən Məmmədov bizə şər ataraq və hədə qorxu gələrək işdən azad edib. Sonradan Rövşən Məmmədova aydın olub ki, biz sizə və Mehriban xanıma müraciət etmişik və bundan daha da qəzəblənərək bizi Səbail rayon polisinə şikayət edib. Arxasından da xəbər saytlarında bizi oğru kimi qələmə verib. Cənab prezident, biz sürücülərin arasında 25- 30 il stajı olan təcrübəli sürücülər var. Hər zaman işimizə məsuliyyətlə yanaşmışıq. Amma nədənsə nə Rövşən Məmmədova, nə də onun AzTv də yüksək vəzifə tutan qohumlarına bizim AzTv –də çalışmağımız sərf etmir. Bizim Aztv- də idarə etdiyimiz maşınlar Qazel markalı buraxılış ili 2007-ci ilin modelləridi. O maşınların hamısının  istismar müddəti bitmiş  maşınlardır. Biz dəfələrlə qaraj müdürü Çingiz müəllimə bildirmişik ki, bizim maşınlar xarabdır, məlumat versin düzəltsinlər maşınları, maşın  nasaz vəziyyətdə yanacaq sərfiyyatı çox olur. Lakin Çingiz müəllim bizim dediklərimizə əhəmiyyət  vermirdi. Cavab olaraq bildirirdi ki, pul yoxdu, gedin başınıza çarə qılın. Hər ay bizə 350-360 litrə qol çəkdirib 300 litr yanacaq verirdilər. Biz imzalamayanda Çingiz müəllim bildirirdi ki, qol çəkməsəz Rövşən müəllim sizi işdən azad edər. Bizi işdən azad etməmişdən iki – üç gün əvvəl Çingiz müəllim bizi iclasa çağırdı.   İclası Rövşən Məmmədovun uşağının kirvəsi Departamentin rəisi Vüqar müəllim və onun müavini Aydın müəllim aparırdılar. İclasda bizə bildirdilər ki, bizim idarə etdiyimiz maşınlarda yanacaq kəsiri var. Və biz öz növbəmizdə qeyd etdik ki, bizim maşınlar nasaz vəziyyətdədir, bir də ki, hər ay bizə 350- 360 litrə qol çəkdirib 300 litr yanacaq verirsiniz. Aydın bildirdi ki, onun bizə adiyyatı yoxdur, ərizə yazın gedin işdən. Yazmasaz, yanacaqdan əlavə boynunuza başqa şeylərdə qoyub tutduracayıq sizi və əmək kitabçalarınızda korlanacaq. Biz qeyd etdik ki, biz burdan çıxsaqda gedib şikayət edəcəyik. Aydın bildirdi ki, kimə istəyirsiz şikayət edin. Rövşən müəllimin arxası bağlı adamdı, heç nə edə bilməyəcəksiniz.  Biz rövşən Məmmədovun qəbuluna getdik, köməkçisi Zaur bizi içəri buraxmadı və sizi qəbul etmir cavabı verdi.
Cənab Prezident, Rövşən məmmədov bizə oğru adı verir. Rövşən Məmmədov Aztv-yə sədr təyin olunandan bir müddət sonra Az TV-nin qarajında və digər yerlərində kütləvi söküntüyə başladı. AzTV- də öz başnalıq baş alıb gedir. Biz bunların hamısını görürdük. Bəlkə də  ona görə bizi köhnə sürücüləri şərləyib işdən azad etdi. Bizi işdən azad etdiyi gündən bəri işlədiyimiz əmək haqqınıda kəsdi. Raşot pulumuzu hələ indiyə kimi Rövşən Məmmədov ödəməyib. Soruşanda müəyyən səbəblər gətirib, ödəməkdən yayınırlar. Və mənimsəmək istəyirlər. Cənab prezident Biz sürücülər yazaraq sizdən xahiş edirik ki, bizi öz iş yerlərimizə qaytarılmasına öz tapşırıq və göstərişlərinizi verəsiniz. Biz hal- hazırda işsiz və çətin durumda yaşayırıq. Əlavə gəlir yerimiz yoxdur. Əvvəlcədən sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk.  Hörmətlə, AzTV – nin işdən çıxarılan sürücüləri:
Mirzəyev Əlibaba,Əliyev Nurlan, Məmmədov Anar, Süleymanov  Faiq, Mehdiyev Tərlan, Mustafayev Vəfalı, Davudov Kamil,  Nağıyev Şakir"
Qeyd edək ki, Yenilik.Az olaraq müraciəti dərc etməzdən öncə AzTV ictimaiyyəltlə əlaqələr şöbəsilə əlaqə saxladıq. Şöbənin əməkdaşı Nərgiz xanım bildirdi ki, "müraciəti imzalayan həmin şəxslərlə bağlı artıq bir dəfə açıqlama verilib, həmçinin həmin şəxslərlə bağlı məhkəmə araşdırması davam edir. Məhkəmə necə qərar verəcəksə elə də olacaq."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.