Bakı avtovağzalının işçiləri 3 aydır maaş almır - NARAZILIQ

Bakı Beynəlxalq Avtovağzalının əməkdaşları üç aydır əmək haqlarını ala bilmirlər.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejimində fəaliyyətini dayandıran qurumların əməkdaşlarının maaşları saxlanmalıdır. Lakin avtovağzal rəhbərliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçilərin maaşlarını ödəmir.