Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Kontakt Home” müştərini çarəsiz qoydu - FOTO

“Kontakt Home” müştərini çarəsiz qoydu - FOTO

“Kontakt Home” müştərini çarəsiz qoydu - FOTO
2020-06-24 , 12:55

Sosial şəbəkələrdə elektronika məhsullarının satışı ilə məşğul olan mağazalardan edilən şikayətlərin sayı azalmır.

 
Yenilik.az xəbər verir ki, onların arasında “Kontakt Home”dan narazılıqlar xüsusi yer tutur. Minbir əziyyətlə pul toplayıb adıçəkilən mağazalar şəbəkəsindən alver edənlərin əksər hallarda sonradan peşman olduqları ortaya çıxır. Bu müştərilərin əksəriyyəti aldıqları malların ayrı-ayrı səbəblərdən problemli olduğunu, problemə mağazanın servis xidmətini biganə yanaşdığını və s. bildirirlər.
 
Şikayətçilərdən biri “Kontakt Home”dan aldığı ətçəkən maşını yoxlayarkən qeyri-adi problemlə üzləşib. Müştərinin sözlərinə görə, maşını yoxlayarkən ətin üzərinə qara su axıb. Malı mağazaya qaytarıb “araşdıracağıq” cavabı alandan sonra isə səhvin özündə olduğunu öyrənən müştəri eşitdikləri qarşısında şoka düşüb. İlk dəfədən ətçəkənin qara su buraxması isə beləcə müəmmalı olaraq qalıb. Pulun 90 faizi qaytarılsa da, “günahkar” müştəri 10 faiz pulunu ala bilməyib.
Mənbə: https://pravda.az/news/17215

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.