Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Bakıda tibb müəssisəsi qolu çıxmış uşağı qəbul etmədi

Bakıda tibb müəssisəsi qolu çıxmış uşağı qəbul etmədi

Bakıda tibb müəssisəsi qolu çıxmış uşağı qəbul etmədi
2020-06-24 , 18:44

Bakıda xəstəxana işçiləri ağrıdan əzab çəkən azyaşlını qəbul etməkdən imtina ediblər.


Oxu.Az-a istinadən xəbər veririk ki, görüntülər 22 nömrəli Köməkçi Yardım Stansiyasının qarşısında lentə alınıb.

Belə ki, ilkin məlumata görə, iyun ayının 20-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları ağrıdan əziyyət çəkən azyaşlı uşağı xidməti avtomobilləri ilə 22 nömrəli Köməkçi Yardım Stansiyasına çatdırıblar.

Lakin tibb müəssisəsində çalışan şəxslər uşağı qəbul edib, ilkin tibbi yardım göstərməkdən imtina edərək, “gedin, sabah gələrsiniz” deyiblər. Həkimlərin qolu çıxan uşağa laqeyd münasibətinə dözə bilməyən polis əməkdaşları baş həkimə və tibb işçilərinə irad tutub.

Özünü baş həkim kimi təqdim edən xanım isə hazırda müəssisədə uşağa qəbul edib, ilkin tibbi yardım göstərə biləcək heç bir həkimin olmadığını deyib.

Uşağın anası azyaşlının velosipeddən yıxıldığını və qolunun çıxdığını bildirib.

22 nömrəli Köməkçi Yardım Stansiyası uşağı qəbul etməkdən imtina etdiyi üçün polis əməkdaşları azyaşlını və anasını xidməti avtomobillərində 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.