Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Bahar Energy Ltd işçilərin hüquqlarını pozdu

Bahar Energy Ltd işçilərin hüquqlarını pozdu

Bahar Energy Ltd işçilərin hüquqlarını pozdu
2020-07-01 , 19:56

Bahar Energy Ltd. əməliyyat şirkətində neftçilərin hüquqları pozulur. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

 
O qeyd edib ki, şirkətin prezidenti Con Harkinsin göstərişilə  şirkətin prezidentinin səlahiyyətlərini icra edən Deyl Makfadden Azərbaycanın əmək qanunvericiliyinin pozulması və işdən çıxarılma hədəsi ilə işçiləri əməkhaqqının 20% azaldılması ilə yeni əmək müqavilələri bağlamağa məcbur edir. Bu, maaşı yüksək olanlara (4000 – 40000 manat) aid deyil, maaşı az olanlara aiddir.
 
Bundan əlavə, şirkət rəhbərliyi qanunvericiliyi pozaraq artıq iki aydır ki, əməkhaqqı ödəmir.
 
M.Qəhrəmanlı xatırladıb ki, prezident İlham Əliyev pandemiya şəraitində işçilərin ixtisar olunmamasını təkidlə tövsiyə edib.
 
“Lakin işəgötürənlər işçiləri ixtisara salmır, müqavilələrə vaxtından əvvəl xitam verir, öz xahişi ilə işdən çıxma haqqında ərizə yazmağa məcbur edir. Belə olan halda, işsiz qalanlar işsizlik sığortası ala bilmirlər”, - M.Qəhrəmanlı bildirib.
 
BaharEnergyLtd.-dən şərh almaq mümkün olmayıb.
 
Bahar EnergyLtd. Greenfields Petroleum şirkətinin törəmə şirkəti kimi  “Bahar” və “Qum-dəniz” yataqlarında əməliyyatlar həyata keçirir. Həmin yataqlarda  80% paya sahibdir. Qalan 20% SOCAR-a məxsusdur.
 
Yataqlardan ümumi hasilat 4 400 barrel / gün təşkil edir. Yataqların qalıq ehtiyatları təxminən 150 mln. bareli ötür.Turan

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.