Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "Porsche Azərbaycan”dan şikayət var - “Maşını satmaq qərarına gəldim...”

"Porsche Azərbaycan”dan şikayət var - “Maşını satmaq qərarına gəldim...”

"Porsche Azərbaycan”dan şikayət var - “Maşını satmaq qərarına gəldim...”
2020-07-25 , 13:22

Özünü Gülya Abdullazadeh kimi təqdim edən istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupunda durumunu paylaşdı.


Sfera.az "Porsche Azərbaycan”dan gileyli olan xanım istifadəçinin sözügedən durumunu oxucularına təqdim edir.

"Şikayətim "Porsche Azərbaycan”dandir. Bir az uzun danişacağam. Deməli, maşını satmaq qərarına gəldim. 1 ay öncə isə həmin servisdə diaqnostika etdirmişdim. Cüzi dettallarin dəyişdirilməsinə ehtiyac olsa da, fantastik giymetlər məni şoka saldi.

Maşınımın modeli "Porsche Cayenne”dir, 68000 km. yol gedib. Nə isə, uzun sozun qisasi, maşınıma müştəri çıxdı. Məndən maşının qüsurları haqda soruşdu. Hamısını sadaladım, aidiyyati sənədləri də göstərdim və qiymətdə razılaşdıq.

Maşını servisə apardiq, 2 saat vaxtimizi aldiqdan sonra, maşında yoxlanış aparıldı. Yoxlayan mutəxəssis olmayan qüsurlardan danışdı. Onun sözlərindən beləçıxdı ki, maşının körpüsündə problem var, amma onu təmir etmək mümkün deyil, yalniz yenisi ilə əvəzedilməlidir. Azərbaycanda isə bu işlə məşğul olan servis yoxdur.

Bunu eşidən müştəri qorxuya düşüb maşını almadi. Çox məyus oldum. Mütəxəssisin dediyinə görə, maşınımın təmirinə 17.000 AZN lazımdır. Özünüz düşünün, bu qədər xərc tələb edən maşın bu vaxtadək necə işləyə bilərdi? Heç inandırıcı deyil!

Onlardan maşınıma göstərilən xidmətlərin siyahısını istədim, bildirdim ki, bu mənim haqqımdır. Cavab verdilər ki, biz onu sizə verə bilmərik. Bu qeyri-qanunidir, üstəlik servis xidmətlərinin qiymətləri fantastikdir.

Ərinmədim, maşını bir neçə servisə aparıb yoxlatdırdım. Hamısında da eyni sözü dedilər. Dedilər ki, sözügedən servisdə mənə kəf gəlmək istəyiblər. Maşının körpüsündə heç bir problem yoxdur.

"Porsche Azərbaycan” servisində chox geyri-peşəkar insanlar işləyir. 150 manat xidmət haqqı qeyri-qanuni və şişirdilmişdir. Üstəlik, qəbzi adi kağızda, çox sayda orfoqrafik səhvlərlə yazırlar. Bilmək istərdim, əgər 150 manatlıq xidmət haqqı qanuni dirsə, nədən bizə rəsmi sənəd təqdim edilmir? Sözügedən "sənəd”in fotolarını sizə təqdim edirəm. Özünüz qərar verin: mən haqlıyam, ya yox”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.