Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Cavid Qurbanovun bundan xəbəri varmı? – İDDİA

Cavid Qurbanovun bundan xəbəri varmı? – İDDİA

Cavid Qurbanovun bundan xəbəri varmı? – İDDİA
2020-11-23 , 17:23

Son vaxtlar hər yerdə Şəhid sözü hörmətlə anılır, “Şəhidlər ölməz, vətən bölünməz” deyir xalqımız. Əlbəttə, xalqımız haqlıdır. Çünki, 30 ildir ki, işğal altında olan Qarabağ məhz Şəhidlərimizin, qazilərimizin qızıl qanı hesabına və Ali baş Komandan, prezident İlham Əliyevin dəmir iradəsi ilə işğaldan azad olunub.

Təəssüf ki, Şəhid adına hörmətsizlik edənlər də var. Aşağıda bəhs edəcəyimiz mövzuda qısa da olsa, bu barədə bəhs edəcəyik.
Qaradağ rayonunun Ələt qəsəbəsində, Azərbaycan Dəmir Yolları QSC-nin balansında Şəhid Zaur Qurbanov adına olan “mədəniyyət evi” isə baxımsız qalıb. ( Mədəniyyət evini ona görə dırnaqda “ yazırıq ki, orada mədəniyyətin m hərfi belə yoxdur). Görənlər də elə bilər ki, bu Şəhid unudulub, “xala xətri qalmasın” deyə adını o “dama” veriblər.
Düzdür, ilk baxışdan belə görünür. Baxımsız, xarabalıq, uçuq-sökük, ətrafında məişət zibilliyi olan Şəhid adına layiq olmayan mədəniyyət evinə nəzər salanda, adamın ağlına ilk o gəlir ki, “ay eviniz yıxılmasın, belə bir igidin adını verməyə yer tapmadınız”? Bu qədər abad küçələr, prospektlər, xiyabanlar, parklar olduğu halda.

Amma, məntiqlə düşünəndə, “mədəniyyət evinin” əvvəldən belə olmadığını, sonradan belə hala salındığını analyırsan.
Bu məqamda yenə də başa düşülməyən, paradoksal suallarla üz-üzə qalırsan. “Mədəniyyət evinin” tabe olduğu Azərbaycan Dəmir Yolları QSC-i, dövlət qurumudur və sədri, minlərlə Şəhid vermiş Kəlbəcərli “millət vəkili” Cavid Qurbanovdur.
Cavid Qurbanov nə üçün Şəhid adına hörmətsizlik edir? O, Il ərzində babası Aşıq Şəmşirdən bəhs edən tədbirlərə, ondan bəhs edən kitablara, verilişlərə, onu tərifləyənlərə dövlətdən oğurladığı milyonları gözünü qırpmadan xərclədiyi halda, nə üçün Şəhid Zaur Qurbanovun adını daşıyan “mədəniyyət evinə” beş 10.000 manat ayırmır?
Yaxşı deyək ki, Cavid Qurbanov Şəhiddən nəyinsə qisasını alırsa, o zaman Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hara baxır? Axı Qaradağ rayonu zavodlar, balıqçılıq rayonudur və aylıq rayondaxili gəliri imkan verir ki, 1 həftəyə həmin xarabalığa bənzəyən mədəniyyət evini əsaslı təmir etsin. Bəlkə elə, Cavidlə Süleymanın bu barədə bir anlaşması var?
Tərəflərin əsaslı arqumentləri olarsa,jurnalist etikasına görə, sevə-sevə, dərhal dərc etməyə hazırıq.//Gundemxeber.az
Mənbə: https://hokm.az/cavid-qurbanovun-bundan-xeberi-varmi-iddia/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.