Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb?

Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb?

Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb?
2021-01-07 , 04:05

II Qarabağ müharibəsində şəhid olmuş Orxan İsmayılovun məzarı hələ də təmir olunmayıb. Arqument.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə yazıb. O bildirib ki, İsmayılov Orxan Qədim oğlu oktaybrın 5-də şəhid olub və Qusar rayonu Həsənqala kəndində dəfn edilib. Qusar Rayon İcra Hakimiyyəti isə hələ də şəhidin məzarını təmir etməyib. "Şəhid olmuş İsmayılov Orxan Qədim oğlunun məzarı! Şəhidimiz oktyabr 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilib! İcra Hakimiyyəti yəqin ki, tender elan olunmasını gözləyir. Yoxsa baş daşı düzəltdirmək bu qədər çətindir?", - deyə jurnalist qeyd edib. Müharibədə şəhid olmuş hərbi qulluqçuların dəfn mərazimləri və məzarlarının hazırlanması rayon icra hakimiyyətlərinə tapşırılıb. Jurnalistin sözlərinə görə, İsmayılovun dəfnindən 3 ay keçsə də, Qusar Rayon İcra Hakimiyyəti heç bir addım atmır. Arqument.az Qusar Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib. 


Ötən gündən etibarən sosial şəbəkələrdə oktyabrın 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilmiş şəhid İsmayılov Orxan Qədim oğlunun qəbirüstü abidəsinin hələ də qoyulmaması məsələsi müzakirə edilir. "Qafqazinfo” məsələylə bağlı Qusar rayon icra başçısının ictimai-siyasi məsələlər üzrə müavini Elman Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, rayonda şəhidlərin məzar daşlarının hazırlanması prosesinə dekabrın 5-dən başlanıb:
"Həmin tarixdən etibarən başdaşları sifariş verilib. Rayona sonuncu 32-ci şəhid keçən həftə gəlib. 32 şəhidin hamısının qəbirüstü abidələri sifariş verilib. Onlardan 5-nin artıq mərməri qoyulub. Yerdə qalanların da beton işləri yekunlaşıb. Digərlərinin də qəbirüstü abidələri yanvarın 18-nə kimi hazır olacaq. Hər bir şəhid ailəsinə abidələrin ilkin variantları göstərilib. Onların istəyinə uyğun olaraq məzar daşları hazırlanacaq. Həmin şəklə baxan adam görür ki, məzara beton hissə vurulub, deməli, abidə hazırlanır. Bunu xüsusi ajiotajla ictimailəşdirmək düzgün deyil. Prosesin gec başlamasına səbəb isə odur ki, abidələrin hamısının bir qaydada olmasını istədik. Ona görə də sifarişləri bir adama verdik. Heç kimin, o cümlədən də dövlət məmurlarının şəhidə hörmətsizlik etməyə haqqı çatmır. Bizim bir nömrəli borcumuz onların qayğıları ilə məşğul olmaqdır”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.