Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Ağdaş sakinləri suvarma pulundan narazıdır - Qəbz verilir, amma su sərfiyyatı yazılmır - VİDEO

Ağdaş sakinləri suvarma pulundan narazıdır - Qəbz verilir, amma su sərfiyyatı yazılmır - VİDEO

Ağdaş sakinləri suvarma pulundan narazıdır - Qəbz verilir, amma su sərfiyyatı yazılmır - VİDEO
2021-04-28 , 15:10

Ağdaşda sakinlər onlardan suvarma üçün yığılan pulların çox olmasından narazıdırlar. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Üstəlik, onlara verilən qəbzlərin üstündə su sərfiyyatı yazılmır. "XəzərXəbər" qəbzlərin üstündə suyun sərfiyyatının nəyə görə yazılmadığının təfərrüatlarını araşdırıb.


Yenilik.az xezerxeber.az-a istinadən bildirir ki, əkilmiş sahələrin suvarılması üçün su olsa da, təsərrüfat sahibləri bu sudan istifadə edə bilmirlər. Səbəb suyun onlara baha satılmasıdır.

Ağdaş rayonunun Xınaqlı kəndinin sakinləri iki ildir ki, təsərrüfatlarda suvarmada istifadə etdikləri suyun pulunun bahalaşdığını bildirirlər. Sakinlərin sözlərinə görə, əvvəllər pay torpaqlarını suvarmaq üçün ildə bir dəfə 10 manat ödəyirdilərsə, indi onlardan hər suvarmaya görə pul istənir. Üstəlik, supulunu ödədiklərinə dair verilən qəbzdə su sərfiyyatı qeyd olunmur.

Sakinlərin sözlərinə görə, pay torpaqlarından əlavə istifadələrində olan icarə və bələdiyyə torpaqları üçün isə 10 manat ödəmək məcburiyyətində qalırlar.

Xınaqlı kənd ərazisində su təminatı Ağzıbir Sudan İstifadə Birliyinə aiddir. Birliyin sədri Abdulla Əhmədov bildirdi ki, hazırda suya olan tələbat tam ödənir. Hər bir təsərrüfata verilən supulu isə sahədən asılı olmayaraq sərfiyyata görə hesablanır.

Abdulla Əhmədov qeyd etdi ki, suyun hər min kubu 2 manat 50 qəpikdən hesablanır. Qəbzlərdə suyun sərfiyyatının yazılmamasına gəlincə isə, birlik sədri bunu gah kompüterdən istifadə edə bilməməsi, gah da işçi sayının az olması ilə əlaqələndirdi. Təsərrüfat sahibləri isə deyirlər ki, Abdulla Əhmədov qəbzləri yazarkən gözəyarı hesablama aparır. Ona görə də qəbzlərin üstünə suyun sərfiyyatı yazılmır. Bu da təsərrüfat sahiblərinin narazılığına səbəb olur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.