Yenilik.Az
www.Yenilik.Az » Şikayət » İcra başçısına şok ittiham: Şəhid ailəsinə ev tikməyə imkan vermir

İcra başçısına şok ittiham: Şəhid ailəsinə ev tikməyə imkan vermir

İcra başçısına şok ittiham: Şəhid ailəsinə ev tikməyə imkan vermir
2021-06-01 , 12:16

Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) Gədəbəydə şəhid ailəsinə ev tikdirməyə icazə verilmədiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Tolik onları sərt şəkildə qınayıb:
“Hanı Gədəbəydə olan imkanlılar? Bu şəhidin ailəsinə bir ev tikə bilmirlər? Hanı İcra Başçısı? Şəhid Əlizadə Şamxal Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, doğulduğu kənddə dəfn edilib. İndi xəbər aldım ki, icra başçısı qoymur bu ailəyə ev tiksinlər...”
Xatırladaq ki, Şamxal Əlizadə 1 yanvar 1998-ci ildə Gədəbəy rayonu Çobankənd kəndində anadan olub.
Müharibə zamanı Heyət nəfəri atıcı kimi hərbi xidmətini yerinə yetirib.Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatında döyüş yolu keçib.
8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafeyev 28 avqust 2018-ci ildən bu vəzifədə çalışır.
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.