Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək – Administrasiya rəhbərinə MÜRACİƏT

Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək – Administrasiya rəhbərinə MÜRACİƏT

2021-06-02 , 16:56

Unikal Media Qrupun rəhbəri Asəf Rzayev Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edib.
Unikal.org xəbər verir ki, media rəhbəri müraciətində bildirib ki, özünün də yaşadığı Abşeron rayon Xırdalan şəhər, Şıxəli Qurbanov küçəsi 38 ünvanında rayon icra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan yaşayış evinə sərəncam verib. Amma həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi həyata keçirilir:
“Sakinlərin çoxsaylı şikayətlərinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti və polis şöbəsi həmin qanunsuz tikilinin qarşısını almaqda çətinlik çəkir. Onu da nəzərinizə çatdırım ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Abşeron rayon İcra Hakimiyyətinə telefonoqram göndərilsə də, heç bir tədbir görülməyib. Xırdalan sakinlərinin haqlı narazılıqlarını nəzərə almağınızı və ərazidə baş verən qanunsuzluğun aradan qaldırılması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Qeyd edim ki, Xırdalan şəhərində bu kimi qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.
Cənab Prezident İlham Əliyev media nümayəndələrini köməkçisi kimi gördüyünü və yerlərdə baş verən qanunsuzluqlar barədə ona məlumat verilməsini bəyan edib. Biz də hər zamankı kimi Prezidentin çağırışlarına əməl edərək, baş verən qanunsuzluqlar barədə məlumat veririk. Lakin görünən odur ki, bəzi məmurlar edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq, hələ də qanusuz əməllərini davam etdirirlər. Xahiş edirəm ki, Siz Xırdalandakı bu qanunsuzluğu cənab Prezidentin diqqətinə çatdırılmasında bizə yardımçı olasınız”.
Xırdalandakı qanunsuz tikinti ilə bağlı Prezidentə məlumat veriləcək– Administrasiya rəhbərinə MÜRACİƏT

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.